TƏRTƏRDƏ 27 SENTYABR–ANIM GÜNÜ QEYD EDİLİB




Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında 27 sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
Sentyabrın 27-də ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmən tərəfindən ən çox atəşə tutulan Tərtər rayonunda da anım mərasimləri keçirilib, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub.
Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olunub. Ordumuz bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilməyib. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb. Daha ətraflı »


Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
Qəhrəmanlığı dillər əzbəri olan igidlərimizdən biri də Aslanov Xəyal Qüdrət oğludur. Yoldaşları ona “İkinci Mübariz”, “Suqovuşan fatehi” deyirdilər. Qorxmaz, mərd, dostluqda sədaqətli bir əsgər olub. Ailədə isə sirdaşı anasıydı. Atası ilə aralarında möhkəm bağlar olsa da, hər ikisi hisslərini biruzə verməyi xoşlamırdı. Anasından isə doymurdu Xəyal. Şəhid olandan sonra cibindən çıxan şeirində də bunu etiraf etmişdi.
Xidmət etdiyi taborda yoldaşları onu belə çağırırdılar. Pəhləvan cüssəli, igid bir oğlan idi. 1985-ci il iyulun 2-də rayonumuzun Yuxarı Qapanlı kəndində doğulmuşdu. Ailədə 2 qardaş, 3 bacı olublar.
“Gərək nəbzin Vətənin nəbzi ilə vursun,” – demişdi Ulu Öndər Heydər Əliyev. Vətən müharibəsi dövründə biz bunun canlı şahidi olduq. Poladlı kəndinin sakini, iki şəhid atası Asif Abbasov deyir ki, biz bu müharibədə Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin, Ordumuzun və xalqın sarsılmaz birliyini gördük. Həqiqətən də, hər kəsin nəbzi Vətənin nəbzi ilə vururdu.
Mehdiyeva Ayna Məhəmmədəli qızı 1965-ci il iyunun 20-də Tərtər şəhərində doğulub. 4 bacı, 4 qardaş olublar. Ayna bu çoxuşaqlı ailənin üçüncü övladı idi.
Prezident İlham Əli-yevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Əzizimiz Məftun! Bu gün səni hamı bu adla çağırır. Hamımızın, hər bir ailənin əzizisən, doğmasısan. Şəklin əllərdə gəzir, şagirdlərin partalarının üzərinə qoyulur. Müəllimlər böyüyən nəslə sənin 26 illik əbədiyaşar ömrün haqqında məlumat verirlər.
Kürdoğlu Abbasov, Sarov kəndi:
Müharibənin yalnız bir günü deyil, hər günü , hər saatı, hər dəqiqəsi yadda-şımıza ömürlük həkk olunub. Bunları unutmaq mümkün deyil. Müharibənin başlamasından iki il keçib. Ancaq əsrlər keçsə də, xalqımız torpaqlarımızın işğaldan azad edilməsində misilsiz şücaətlər göstərən qəhrəmanlarımızı heç zaman unutmayacaq. Şəhid analarının qarşısında baş əyirəm. Onların kədəri sonsuzdur, ancaq onlar bilirlər ki, xalqımıza başucalığını, azadlıq hissini bu şəhid oğullar bəxş ediblər. Ona görə də biz hamımız kədərlə yanaşı, sonsuz qürur hissi keçiririk.
Mən öz istəyimlə 7 il yarım müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etmişəm. 27-si səhər-səhər əks hücuma başlamaq əmrini eşidəndə, heç də təəccüblənmədim. Çünki bu əmrə hazır idik. Onu gözləyirdik. Bilirdik ki, 30 il işğal altında inləyən torpaqları Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu azad edəcək.
Müharibəyə Talış istiqamə-tindən qatılmışam. Hər bir əsgər və zabit üçün bu savaş ölüm-dirim mübarizəsi idi. Həmçinin bizi bir arzu və istək birləşdirirdi. Bu, torpaqlarımızı azad görmək arzusuydu. Hər kəs ümumi amal uğrunda canından keçməyə hazır idi.

Yeni ismarıclar