Azərbaycanın səsini dünyaya yayanlar
Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi jurnalist Şöhrət Eyvazovun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxışında Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb.
Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb. Bildirilib ki, media nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlayaraq, xalqımızı məlumatla təmin etdilər. Daha ətraflı »
Yeni ismarıclar