Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06May
    Xəbərlər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid atası Yaşar Abbasovun evində olub, onun qayğıları ilə maraqlanıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovu xəstəliyi ilə əlaqədar əməliyyat olunub evinə döndükdən sonra ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Ramazan Bayramı münasibəti ilə ailəyə bayram sovqatı aparıblar.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Rayon rəhbərinin Mamırlı kəndində səyyar qəbul-görüşü olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Mamırlı kəndində səyyar qəbul- görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Mamırlı İnzibati Ərazi Dairəsi 2 kəndi əhatə edir: Mamırlı və Poladlı kəndləri. Daha ətraflı »

  • 06May
    Xəbərlər Şagirdlərin tərbiyəsində həm müəllimlər, həm də valideynlər diqqətli olmalıdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri və Milli Məclisin deputatı tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə ediblər. Siniflərdə şagirdlərlə səmimi görüşərək, dərslərində onlara uğurlar arzulayıblar.

     

  • 06May
    Xəbərlər Şəhid ailəsi ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.
    Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
    Ötən il Tərtər rayonunda 13,6 ton barama istehsal edilib. Bu il isə 14 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 330 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.

     

  • 06May
    Digər Heydər Əliyev-99 üçün şərhlər bağlıdır

    ÖLKƏMİZDƏKİ TOLERANTLIQ VƏ MULTİKULTURALİZM MÜHİTİ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN BƏHRƏSİDİR

    Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var.
    Dövlətimizin müstəqilliyinin qorunub saxlanılma-sında, Azərbaycanın dünya dövlətləri arasında tanınmasında, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
    “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, vətənimdir, mənim torpağımdır” deyən Ümummilli Lider eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrinin rahat yaşaması, eyni qayğı ilə əhatə olunması üçün sərəncamlar imzalayır, tapşırıqlar verirdi. Məhz Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda bütün dünyanı heyran qoyan multikultural model yaranmışdı.
    Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil birgəyaşayışına heyranlıqlarını gizlədə bilmirlər. Bu cür birgəyaşayış ilk növbədə böyük öndərimizin humanist düşüncələrinin, onun həyata keçirdiyi siyasətin bəhrəsi kimi bərqərar olmuş multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi nəticəsində mümkün olmuşdur. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Daha ətraflı »

  • 06May
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Mayda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

                                                                   Axundov Ədavət Zahid oğlu
    Ədavət Axundov 1969-cu ilin may ayının 1-də Tərtər rayonunun Umudlu kəndində anadan olub.
    Ədavət Axundov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində oktyabr ayının 14-də yaşadığı evin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhərində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
                                                                    Abbasov Elvin Şamil oğlu
    Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                  Hacıyev Qubad Cəmil oğlu
    Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub.
    Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
    Quliyev Anar Tofiq oğlu
    Anar Quliyev 1985-ci ilin may ayının 23-də Tərtər şəhərində anadan olmuşdur.
    Anar Quliyev Vətən müharibəsi zamanı 20 oktyabr tarixində Cəmilli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı »

  • 06May
    Xəbərlər Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan mədəniyyətinə misilsiz töhfələr bəxş edən sənətkar

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
    Qeyd edək ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Respublikanın xalq artisti, professor, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı Zakir Əsədov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər Fikrət Əmirov adına musiqi məktəbinin direktoru Aidə Əmrahova, Ağdam musiqi kollecinin müəllimi Ülviyyə Ələkbərova, Bərdə, Tərtər rayonlarından və Mingəçevir, Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, rayon ictimaiyyəti və musiqisevərlər iştirak ediblər. Daha ətraflı »

  • 06May
    Xəbərlər NARKOMANİYA BÖYÜK FACİƏDİR üçün şərhlər bağlıdır

    Bu xəstəliyə qurşanmaqdan çəkinin!

    Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.

    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.”
    Elə bu günlərdə rayon polis şöbəsi əməkdaşlarının, təhsil, səhiyyə, rayon qəzeti işçilərinin iştirakı ilə şəhər 2 saylı məktəb-liseydə şagird və müəllim kollektivi, valideynlərlə keçirilən görüşün məqsədi də məhz böyüyən nəsli maarifləndirmək, müəllim və valideynlərin qarşısında duran vəzifələrin məsuliyyətindən bəhs etmək olmuşdur.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov hərtərəfli və geniş çıxışında ölkəmizdə bu bəlanın yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat verməklə yanaşı, sadə, anlaşıqlı dildə şagirdləri diqqətli olmağa, özlərinin və ailələrinin gələcək xoşbəxtliyini qorumağa çağırmışdır. Daha ətraflı »

  • 06May
    Digər Hər yerdə hörmətlə qarşılanır üçün şərhlər bağlıdır

    Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
    Dədə-babadan xalqımız arasında belə bir deyim var: “Filankəs canlara dəyən oğlandır”. Talehlə söhbətimdən sonra mən də belə qərara gəldim ki, elə bizim bu mütəxəssis Taleh də “canlara dəyən oğlandır”.
    O, rayonumuzun Qaraağacı kəndində sadə bir ailənin övladıdır. Atası Saleh də, anası Pərvanə də öz zəhməti ilə dolanan insanlardır. İki oğullarını da elə belə böyüdüb, tərbiyə ediblər. Taleh ailənin kiçik oğludur. Qaraağacı kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərində Rabitə və Nəqliyyat kollecinə daxil olub. Rabitə qovşağı və kommutator sistemləri fakültəsində qiyabi təhsil alıb. 2012-ci ildən rayon Telekommunikasiya qovşağında telefon montyoru kimi fəaliyyətə başlayıb. 2014-cü ildə internet şöbəsində reklam meneceri, 2021-ci ildə isə informasiya texnologiyaları mütəxəssisi vəzifələrinə təyin olunub. Bu müddətdə gənc Taleh bir az da püxtələşib, sevdiyi peşənin mütəxəssisinə çevrilib. Hazırda həmyaşıdları arasında öz mədəni rəftarı və peşəkarlığı ilə fərqlənənlərdəndir. Talehin bu rəftarı rayon sakinləri arasında xətir-hörmət qazanmasına səbəb olub. Onun çöhrəsində sanki bir nur topası birləşib. İşi ilə əlaqəli çağırıldığı hər yerdə çöhrəsindəki nurdan “pay” qoyub çıxır. Daha ətraflı »