Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra mütəmadi olaraq işğaldan azad olunan bölgələrə səfərləri zamanı barbarlar tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan və gələcəkdə aparılacaq tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyyələrini verir. Bu, dövlətimizin başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə – yeksan etdiyi yaşayış sahələrimizin bərpasına diqqətlə yanaşdığını göstərir.
Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət almaqdadır. Gələcəkdə orada yaşayacaq soydaşlarımızın normal həyat şəraitini təmin etmək üçün infrastruktur obyektlərin inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın cari ayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda aparılan bərpa-quruculuq prosesi çərçivəsində görülən işlər xüsusi diqqət çəkir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.
Dövlət başçımızın diqqət və qayğısı nəticəsində yaşayış üçün tam hazır olan Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirdi ki, “Zəngilana və başqa bu kimi yerlərə, İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.
Möhtərəm Prezidentimiz əhali ilə görüşündə demişdir ki, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.”
Aparılan tikinti , quruculuq abadlıq işlərinin iş tempini nəzərə alaraq dyə bilərəm ki, qısa zaman kəsiyində məcburi köçkün soydaşlarımız Möhtərəm Prezidentimizin diqqət və qayğısı nətiicəsində tezliklə dədə-baba yurdlarına qovuşacaqlar.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri


Bu gün Svetlana Əzizovanı rayonumuzda tanımayan yoxdur. Vaxtilə tədbirlərdə “Ana” şeirinin ifası ilə tamaşaçıları duyğulandıran, hətta ağladan bu balaca qızcığaz indi özü də anadır – 4 övlad anası və gözəl nənədir – 4 nəvənin nənəsi.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Rövşən-Oğuz Mühəndislik” MMC şirkəti tərəfindən Kəbirli kəndində şəhid Elnur Hüseynovun ailəsi üçün tikilən evdə tikinti işləri ilə tanış olub, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, sakinlər, din xadimləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdılar.
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə medalların təqdimetmə mərasimi keçirilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilərək, problemləri həll olunub.
Ölüm mələyi qapıları döyəndə yaşlıya, cavana baxmır. Amma seçilmişləri, gərəkliləri, ən çox ehtiyac duyulan insanları özünə təslim edir. İnsanın hansı şəraitdə olması, yaşaması və işləməsindən asılı olmayaraq, seçilmişlərin itkisi doğmaları, yaxınları, bəlkə də bir nəsli sarsıdır. Müharibələr zamanı şəhid olan oğullarımız – qəhrəman, vətənpərvər, bir elin gərəyi igidlərimiz olublar. Subaylarımızın nişanələri qalmadığına yanılıb-yaxılırıq, kaş bir övladı olaydı, – deyirik. Yadigar övladlar isə bir əmanət sayılır xalqa, dövlətə, ümumiyyətlə hər kəsə əmanətdir, şəhid övladı.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
Bu sərlövhəni gördükdə yəqin ki, təəccüblənəcəksiniz. Amma gəlin tələsməyək, hövsələli olaq.
Yeni ismarıclar