Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilərək, problemləri həll olunub.
Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, yeni artezian vurulması, pay torpaqlarının zəbt olunması, ünvanlı sosial yardım, güclü külək nəticəsində evlərinə dəymiş ziyan, içməli su təminatı vədigər problemlərlə bağlı müraciət ediblər.Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Köçərli kəndindən qəbula gələn Pərvanə Həsənova 11 yaşlı qızı Minayə Həsənlinin çəkdiyi rəsm əsərlərini icra başçısına göstərərək, onun 31 mart- soyqırım gününə həsr olunmuş rayon təhsil şöbəsinin məktəblilər arasında keçirdiyi rəsm müsabiqəsində I yeri tutduğunu bildirib. Icra başçısı Minayə Həsənliyə rəsm çəkmək üçün lazımi ləvazimatlar hədiyyə edib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
-
31May
Müəllif: Redaktor, 09:34