AZƏR HƏKİMİN YADİGARLARI
Ölüm mələyi qapıları döyəndə yaşlıya, cavana baxmır. Amma seçilmişləri, gərəkliləri, ən çox ehtiyac duyulan insanları özünə təslim edir. İnsanın hansı şəraitdə olması, yaşaması və işləməsindən asılı olmayaraq, seçilmişlərin itkisi doğmaları, yaxınları, bəlkə də bir nəsli sarsıdır. Müharibələr zamanı şəhid olan oğullarımız – qəhrəman, vətənpərvər, bir elin gərəyi igidlərimiz olublar. Subaylarımızın nişanələri qalmadığına yanılıb-yaxılırıq, kaş bir övladı olaydı, – deyirik. Yadigar övladlar isə bir əmanət sayılır xalqa, dövlətə, ümumiyyətlə hər kəsə əmanətdir, şəhid övladı.
44 günlük Vətən müharibəsində şəhid olan həkim Azər Şəmilov gərəkli vəseçilmiş insanlardandır. O, yüzlərlə insana şəfa vermişdi, yaşlı atanın ümid çırağıydı, həyat yoldaşı üçün əvəzolunmaz böyük, övladlarına qayğıkeş, mehriban ata, Vətən üçün isə layiqli vətəndaş idi. Azər həkim şəhid olarkən bir evdən deyil, eldən getdiyini söyləyirdilər, layiqli vətəndaş olduğunu isə hərb meydanında təsdiq etdi. Hər evdə onun yolunu gözləyənlər var – sağ olsaydı xəstələrimizə şəfa verərdi – söyləyirlər. Bu gün şəhidimizin 2 övladı xalqa əmanət qalıb. Oğlu Fədayət, qızı Aynurə.
Onlarla görüşmək qərarına gəlmişdim. Lakin, uyğun vaxt alınmırdı. Yaxınlarda görüşümüz alındı. Fədayət ali mktəbdə təhsil aldığı üçün bayram günü ilə əlaqədar evlərinə gəlmişdi. Qısa bir zaman kəsiyi ol-masına baxmayaraq söhbət etdik. Öyrəndim ki, 2021-ci ildə Fədayət 450 bal toplayaraq Azərbaycan İqtisad Universitetinin Maliyyə və mühasibatlıq fakültəsinə daxil olub. Aynurə isə hələ orta məktəb şagirdidir. Bərdə rayonunun Kələntərli kənd tam orta məktəbinin onuncu sinfində oxuyur. Məktəbin əlaçı şagirdlərindəndir. Arzusu gələcəkdə hüquqşünas olmaqdır.
Bu yeniyetmələrlə söhbət mənə bir qədər təsirli oldu. Onların hər biri valideynlərinə ürəkdən bağlı uşaqlardır. Ayrı-ayrılıqda hərəsinin öz xatirəsi var, şəhid atası haqqında.
Fədayətin dediklərindən: “Mənim atam ən gözəl ata idi. Mehribançılığı, qayğıkeşliyi, vətənpərvərliyi ilə fərqlənən bir insan idi. Təkcə ailəmizdə deyil, qohum-əqraba, qonum-qonşu, iş yoldaşları arasında bu cəhətləri ilə fərqlənirdi. Bizə qayğısı hədsiz idi. Çalışardı ki, heç nədən ehtiyacımız olmasın, istəyirdi ki, bacım da, mən də təhsilli və vətənpərvər insanlardan olaq. El-obanın, torpağın qədrini bilək, böyüklərə və kiçiklərə qarşı sayğılı ol-mağımızı öyrədərdi. Torpaqlarımızın mənfur erməni əsirliyində qalması atamı çox narahat edirdi. Bu barədə söz düşəndə ürək yanğısı ilə danışırdı. Vətən torpaqlarının hərb yolu ilə alınacağını söyləyirdi.
Biz atamızın bu ibrətamiz xüsusiyyətləri ilə fəxr edirik. Ona hər an ehtiyacımız var, yoxluğu bizim üçün çox çətindir, hər tərəfdə onun yeri görünür, anam da, biz də görəcəyimiz bü-tün işləri atamla məsləhət-ləşərdik. İndi isə…”
Fədayət atası haqqında kövrək hisslərlə danışsa da, onunla qürurlandığını bildirirdi. Fədayətlə sorğu-sualı dayandırıb, Aynurədən atası barədə danışmağı xahiş etdim. Onun gözlərində yaş gilələndi, doluxsunaraq dedi: ”Mən atamla fəxr edirəm, O, həyatdan başqa cür gedə bilməzdi. Bütün yaxşı xüsusiyyətlərinə görə Allah onu şəhidilik zirvəsi ilə şərəfləndirib. Atam məni də, qardaşımı da ali təhsilli, ağıllı bir insan kimi görmək istəyirdi. İndi çox şükür ki, qardaşım İqtisad Universi-tetində təhsil alır. Mən özüm də dərslərimlə mükəmməl məşğulam, axı, mən atama hüquqşünas olacağımı bildirmişdim. Atam isə etiraz etməyərək öz razılığını vermişdi. Bunun üçün çox çalışmağımı məsləhət etmişdi. Əvvəllər onun yoxluğunu heç cür qəbul edə bilmirdim, hər gün ağlayırdım. Lakin bir gecə atamı yuxuda gördükdən sonra ağlamaq yox, onun arzularını reallaşdırmağa söz verdim. Çünki həyatda olduğu kimi, yuxuda da atam ağlamağımı istəməmişdi və “Allah nəyi məsləhət bilibsə, onu da edib”, söyləmişdi. İndi mən bu arzunu həyata keçirmək məqsədi ilə dərslərimlə ciddi məşğulam. Əgər ali məktəbə daxil olsam, atamın arzusunu reallaşdırmış olacağam.”
Şəhid ailələrinə göstərilən qayğıdan söz saldıq. Həm Fədayətlə Aynurə, həm də anaları Səidə müəllim ra-zılıq hissi ilə danışdılar. Bütün şəhidlərimiz kimi Azər həkimin də unudulmadığını, ailəsinin qayğıları ilə yaxından maraqlanıldığını bildirdilər. Hətta onu da dedilər ki, Fədayətin təhsil haqqı dövlət tərəfindən ödənilib. Göstərilən qayğı üçün ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
44 günlük Vətən müha-ribəsinidə – oktyabrın 14-də Talış-Suqovuşan istiqamətində döyüşərək yara-lanan döyüşçümüzə yardım göstərən zaman şəhid olan həkim Azər Şəmilov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət ordeni”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Bu gün xalqımız tərəfindən qürurla anılan şəhidlərimiz hamımızın fəxridir. Onların vətənpərvərliyi hər birimiz üçün həyat məktəbidir.
Övladları xalqa əmanət yadigarlardır. Elə Fədayətlə Aynurə də şəhid Azər həkimin yadigarlarıdır. Onları qorumaq hər birimizin borcudur.
Elfuzə Vəliyeva