Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31May

    ÖVLADLARINIZA QARŞI DİQQƏTLİ OLUN, ƏZİZ VALİDEYNLƏR!

    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
    Ölkəmizdə də bu bəlaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Təəssüf ki, hələ də gənclər arasında narkomanların sayı azalmır. Xüsusilə bəzi qadınların narkotik istifadəcisi olması heç bir məntiqə sığmır.
    Bütün bunlar barədə rayon polis şöbəsinin Mayıl Qədimov adına 96 saylı Tərtər ilk peşə ixtisas məktəbinin kollektivi ilə keçirdiyi görüşdə ətraflı söhbət gedib. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıb.
    Rayon polis şöbəsinin rəisi Elçin Qasımov əvvəlcə tədbir iştirakçılarına dünyada və ölkəmizdə nar-komaniya ilə mübarizə sahəsində aparılan tədbirlər haqqında geniş məlumat verib. Həmçinin qeyd olu-nub ki, rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində son günlərdə rayonumuzda bir neçə narkotik istifadəçisi tutularaq istintaqa cəlb olunub. Acınacaqlı haldır ki, onların arasında qadın da var.
    Cəmiyyəimizdə, xalqımız arasında anaya, qadına həmişə böyük hörmət olub. Bizi başqa xalqlardan fərq-ləndirən müsbət cəhətlərimizdən biri də budur. Odur ki, ailədə valideynlər qız övladlarına qarşı daha diqqətli olmalıdırlar. Erkən nikah barədə də danışan polis rəisi təəssüf hissi ilə bildirib ki, bu cür hallara da rayonumuzda rast gəlinir. Qızlarımızın erkən yaşda ailə qurmağa vadar edilməsi valideynlərin ən bö-yük səhvidir, hətta bəzən bu, valideynlik hüquqlarından məhrum etmə hallarına da gətirib çıxarır.
    Tədbirdə “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova, həkim psixiatr-narkoloq Rima Axundova çıxış edərək tələbələrə öz tövsiyəlrini bildiriblər.
    Bundan sonra görüş dialog şəklində davam etdirilib. Polis əməkdaşları və həkim tələbələrin və müəllimlərin narkomaniya ilə bağlı suallarını ətraflı cavablandırıblar.
    Sonda məktəbin təlim-tədris işləri üzrə direktor müavini Həqiqət Alıkişiyeva maraqlı və faydalı görüş üçün təşəkkürünü bildirib.

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Seyidimli kənd tam orta məktəbində də şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
    Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 09:17

İsmarıclar bağlıdır.