11Mar
MƏRHƏMƏTLİ QAYĞI
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitseprezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, xalq tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da yüksək minnətdarlıqla qeyd olunur. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətlərin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar
11Mar
Bu gün bütün dünya Azərbaycan xalqının əzmindən danışır və heyranlıq hissi duyur. Buna səbəb isə Azərbaycanın haqq mübarizəsindəki göstərdiyi birliyi, rəşadəti, mətanəti və dəyanətidir. Bu haqq mübarizəsindəki uğurumuzu başda dövlət başçımız olmaqla, əsgərlərimizə və xalqımıza borcluyuq.
Dövlətimizin 28 il boyunca yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsi və Ordumuzun gücü 44 gün müddətində böyük bir qələbəyə gətirib çıxartdı. Bu qələbə bizim haqqımız idi. Ancaq haqqımız olduğuna baxmayaraq bunu dinc yolla əldə etmək mümkün deyildi.Və nəhayət ən doğru qərar verilərək əks hücum əməliyyatına başlanıldı. Bu zaman Azərbaycan gəncləri böyük sücaətlər göstərərək əzəli torpaqlarımızı geri aldılar. Əfsuslar olsun ki, müharibə itkisiz ötüşmür. 3 minə yaxın qəhrəmanımızı itirdik. Minlərlə körpələrimiz, gəlinlərimiz, analarımız gözüyaşlı qaldılar. Lakin, dövlətimiz şəhid ailələrini heç vaxt yalnız buraxmır. Şəhid anaları, şəhid ailələri hər zaman dövlətin onların yanında olduğunu hiss edirlər. 25 fev-ral 2021-ci ildə ölkə başçımızın Ramana qəsəbəsinə etdiyi səfər və burada 30 ədəd doqquzmərtəbəli binanın şəhid və əlil ailələrinə verilməsi buna bariz nümunədir.
Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərir və göstərəcək.
Son 200 il ərzində yaşanmayan bu sevinci Azərbaycan xalqına bəxş etdiyinə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza xalqımız həmişə minnətdar olacaqdır.
Bəhruz Nəzərov,
Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzinin direktoru
11Mar
Azərbaycan xalqı son illərdə dövlət başçısının diqqət və qayğısını daim öz üzərində hiss etmişdir. Bu diqqət və qayğı xalqın güzəranının daha da yaxşılaşdırılması üçün dövlət rəhbərinin gördüyü ardıcıl tədbirlərdə öz əksini tapmışdır. Vaxtaşırı sosial layihələrin həyata keçirilməsi, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, pensiyaların və təqaüdlərin artırılması, şəhid ailələrinin və qazilərin yaşayış mənzilləri, həmçinin minik maşınları ilə təmin olunması dövlətin diqqət mərkəzində dayanan prioritet məsələlərdir.
Bu ilin fevral ayında Ramana qəsəbəsində şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilən 30 ədəd doqquzmərtəbəli yaşayış binası da bu qəbildəndir.
Prezident İlham Əliyevin həmin mərasimdə söylədiyi nitqində irəli sürülən müddəalar Azərbaycanın necə bir güclü siyasi liderə və dövlət rəhbərinə malik olduğunu bir daha isbatlamışdır.
Mən bütün gənclər adından xalqımıza göstərilən bu diqqət və qayğıya görə möhtərəm prezidentimizə öz səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Ülviyyə Akifqızı,
“Yeni Tərtər” qəzetinin əməkdaşı
11Mar
Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibləri Aşizuka Daiji və Sugioka Mami Erməni terroru nəticəsində rayona dəymiş ziyanla və onların aradan qaldırılması üçün görülmüş işlərlə tanış olmaq məqsədi ilə Tərtər rayonunda olublar.
Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
Sonra qonaqlar Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksində ermənilərin atdığı mərmilərdən sakinlərə dəymiş ziyanla yerində tanış oldular.
11Mar
Tərtər rayonunda da Covid-19-a qarşı vaksinasiya prosesi davam edir. Müəyyən edilmiş yaş kateqoriyalarına malik olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edir.
Bu barədə Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, 65 yaş üstü olub, kompüterdən istifadə etməyən şəxslər Tərtər rayon poliklinikasına zəng etməlidirlər.
Poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək. Daha ətraflı »
11Mar
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezinfeksiya olunub.
11Mar
Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Müasir dövrdə elm və texnologiyanın inkişafı həyatımızda olan bir çox prosesləri sürətləndirməklə yanaşı ünsiyyəti zəiflədir. Bilirik ki, insan psixologiyası ətraf mühitin təsiri ilə formalaşır, odur ki, övladlarımızın düzgün psixoloji inkişafını təmin etmək üçün onlara düzgün inkişafetdirici mühit yaratmalıyıq. Bəzən məktəblilər arasında davraniş pozuntuları, aqressiya, özü-nüifadədə zəiflik, iradəsizlik və s. hallarla rastlaşırıq. Bunları doğuran müxtəlif səbəblər var, ən vacibi isə ünsiyyətsizlikdir. Belə ki, uşaq valideynlərinə, digər yaxınlarına və ya müəlliminə hansısa problemi haqqında danışmaqda çətinlik çəkir. Bunu necə edəcəyini, necə söhbətə başlayacağını bilmir və qarşı tərəfin verəcəyi reaksiyadan çəkinir. Nəticədə uşaq özünə qapanır, Daha ətraflı »
11Mar
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin əsasən ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Daha ətraflı »
11Mar
2020-ci ildə Tərtər rayonunda 744 yeni iş yerləri açılmışdır. Açılmış iş yerlərinin 58-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 199-u mövcud müəssisə və təşkilatlarda, 487-i digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümü, abadlıq işləri və s.) olmuşdur. Bundan başqa 2020-ci il ərzində yeni yaradılmış sahibkarlıq subyektlərinin sayı 1562 olmuşdur.
Tərtər Rayon Statistika idarəsi
11Mar
YÜKSƏK BƏŞƏRİ İDEYALAR TƏRƏNNÜMÇÜSÜ
Dünyada nə qədər kitab var belə.,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər sirli xəzinədən bir dürr çıxardım.
Nizami Gəncəv
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan şairi, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır. Yaxın və orta Şərq fəlsəfi-ictimai və bədi-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də burada ərsəyə gətirmişdir.
Mütəfəkkir şair çox sayda davamçılarından ibarət olan böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi simalardan biri də Nizamidir. Daha ətraflı »
Yeni ismarıclar