KORONAVİRUSU VECƏ ALMAYANLAR
“Bala Kirpi” yuxuda gördü ki, koronavirusa yoluxub. Qorxusundan dik atıldı. O dəqiqə dodaqları uçuqladı. Yatağının içində tir-tir əsməyə başladı. Handan-hana özünə gəldi və tam biləndən sonra ki, gördüyü yuxudur, Allaha şükür etdi. Yadına bir neçə gün əvvəl bu şoğərib virusa yoluxan dostu “Bala Tutuquşu” düş-dü, kövrəldi. Öz-özünə dedi: “Axı, sənə demişdim, a səy Tutuquşu balası, özünü gözlə, gigiyenik qaydalara riayət elə, təmasdan qaç, ara məsafəsi saxla, heç kimnən öpüşmə, əllə salam vermə… Kimə deyirsən? Zalım oğlu məni vecinə almadı. Kim qarşısına çıxdı, qucaqlaşdı, marçamarç öpüşdü, maska taxmadı, spirtlə əllərini dezinfeksiya eləmədi!…
Axırı da, o deeeyyy, Bakıda xəstəxanada can verir, nəfəs ala bilmir, öskürməkdən qarnının dərisi cırılır! Sağala, ya sağalmaya, ya qismət!”.
“Bala kirpi” ta yata bilmədi, səhəri dirigözlü açdı, yerində o qədər o yana-bu yana çabaladı ki, yatağı qırışqırış oldu, yastığı başının altınnan qaçdı…
Səhər-səhər yerindən zorla qalxdı, ərincək-ərincək gərnəşdi, ayaqlarını sürüyə-sürüyə hamama tərəf getdi, üz-gözünə bir-iki ovuç su vurdu, qayıdıb gəldi. İştahı yox idi, heç nə yemədi. Əllərini dezinfeksiya elədi, maska taxıb, anasına bir söz demədən bayıra çıxdı. Məqsədsiz-zadsız, veyillənə-veyillənə şəhərin mərkəzinə gəldi. Fikri o idi ki, axırıncı dəfə “Bala Tutuquşu” ilə şəhəri gəzəndən sonra karantin rejimi ilə bağlı adamlar arasında hansı yeniliklərin olduğunu öyrənsin. Gördü ki, yenə hər kəs öz kefindədi. Daha ətraflı »


İnsanlar da pul kimidir. Funksiyaları var. Pula çevrilib bəzi insanlar. Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.
Özünəməxsusluğun və milli dəyərlərin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Bu tədbirlərin tərkib hissəsinin əsasını epidemiyaya qarşı mubarizə təşkil edir. Rayonda vaxtaşırı olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, bu təhlukəli xəstəliyin fəsadları izah olunur, onun qarşısının alınması üçün göruləsi vacib profilaktik tədbirlər, gigiyenik qaydalar haqqında məlumatlar verilir. Vaxtaşırı reydlər keçirilir, əhalinin qoruyucu vasitələrdən istifadə etmələri, ara məsafəsi saxlamaları və tez-tez dezinfeksiyaedici maddələrdən istifadə etmələri ön plana çəkilir










Yeni ismarıclar