Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,520
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Yan
    Sosial ƏLİLLƏRƏ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evləri 1-ci Qarabağ Müharibəsinin əlilləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edilmişdir.
    Evlərin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi. Daha ətraflı »

  • 28Yan
    Xəbərlər ŞƏHİDLƏRİN XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
    Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
    Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
    Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

  • 28Yan
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb. Bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.
    Sahib Alıyev deyib:
    –Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
    Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oy-namayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin.

  • 28Yan
    Xəbərlər SUQOVUŞANDA SU ELEKTRİK STANSİYALARINDA TƏMİR İŞLƏRİ üçün şərhlər bağlıdır

    “Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
    Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
    Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

  • 28Yan
    Kənd Təsərufatı YENİ MEYVƏ BAĞLARI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
    Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni sa­­­lınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib.

  • 28Yan
    Ədəbiyyat 2021-ci İL- “NİZAMİ GƏNCƏVİ İLİ” üçün şərhlər bağlıdır

                                                                                            HÜMANİST MÜTƏFƏKKİR

    2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etmişdir.
    Nizami Gəncəvi irsi sonsuz bir ümmanı xatırladır. Adı dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılmış beş qüdrətli sənətkardan biri olan Nizaminin “Xəmsə”si Şərqi və Qərbi əsrlər boyu məftun etmişdir. Hələ sağlığında “Şeyx Nizami” kimi tanınan, intibah dövrünün ən qüdrətli sənətkarı sayılan şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami elə bir könül şairidir ki, heç bir xələfi onun mütəfəkkir zirvəsinə yüksələ bilməmişdir. Onu 880 ildən bəri dünya xalqlarına sevdirən əsərlərində təbliğ olunan mütərəqqi ideyalardır. Şairin əsərlərində insanın duyğu və düşüncələri, gördüyü əməllər əsas yer tutur. Nizami Gəncəviyə görə insan yer kürəsini öz əməlləri ilə bəzəmək, xeyrxahlıq etmək üçün yaranmışdır.
    Onun əsərlərindən “həmişə türk qoxusu gəlsə də” (H.Araslı) bütün başqa xalqlara da hörmət və məhəbbətlə yanaşmışdır.
    Hümanist və beynəlmiləlçi olmaqla yanaşı, Nizami eyni zamanda böyük vətənpərvərdir. Vətəni müqəddəs bir anlayış kimi qəbul Daha ətraflı »

  • 28Yan
    Ədəbiyyat ŞƏRQİN BÖYÜK DÜHASI üçün şərhlər bağlıdır

    Bütün Şərqin böyük dühası İlyas Yusif oğlu Nizami Gəncə şəhərində dünyaya göz açmışdır. O, həm vətəni Azərbaycanda, həm də bütün dünyada böyük bir mütəfəkkir kimi şöhrət tapmışdır.
    İqtisadi cəhətdən sürətlə inkişaf edən Gəncə şəhəri həmin dövrdə “Azərbaycan Atabəyləri” adlanan Eldənizlər tərəfindən idarə olu-nurdu. İpək yolunun bu şəhərdən keçməsi Gəncənin daha da inkişaf etməkdə, mədəni mərkəzə çevrilməsində mühüm rol oynamış və Nizami bunu öz əsərlərində aşkar surətdə əks etdirmişdir. Gəncədə Qərb və Şərq mədəniyyəti birləşirdi. Nizaminin əsərlə-rindən məlum olur ki, o hər iki mədəniyyətə dərindən bələd olmuşdur. Dahi şairin həyatı haqqında daha dolğun və dürüst məlumatı elə onun öz əsərlərindən almaq mümkündür.
    Əsərlərindən öyrənirik ki, Nizami dövrünün əsas dini və dünyəvi elmlərini dərindən bilən alim olmuş, “həkim Nizami” adlandırılmışdır. Ömrü boyu Gəncədə yaşamış Nizami öz doğma dili ilə yanaşı fars, ərəb eləcə də bir sıra digər dilləri dərindən öyrənmiş, ömrünün sonuna qədər tarixi, fəlsəfi, coğrafi, ədəbi əsərlər mütaliə etmişdir. Aldığı təhsil dilinə uyğun olaraq Nizami Gəncəvi bütün əsərlərini fars dilində yazmışdır.
    Saraylarda hökmdarların himayəsində yaşamaqdan imtina edən şair bir çox hökmdarlarla əlaqə saxlamışdır. Poemalarını, bəzi şeirlərini dövrünün ayrı-ayrı hökmdarlarına yazmış, onlara hədiyyə kimi göndərmişdir. Daha ətraflı »

  • 28Yan
    Səhiyyə AZƏRBAYCAN RESPUBLİKASINDA COVİD-19 XƏSTƏLİYİ ƏLEYHİNƏ 2021-2022-ci İLLƏR ÜÇÜN VAKSİNASİYA STRATEGİYASI üçün şərhlər bağlıdır

    COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıda-kılardır: -xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması; -ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi Daha ətraflı »

  • 28Yan
    Səhiyyə KORONAVİRUSA QARŞI DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

        Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq
    koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər şəhərinin küçələrində, çoxmənzilli binalarda ictimai yerlərdə dezinfeksiya işləri mütamadi davam etdirilir.

  • 28Yan
    Səhiyyə Minnətdarlıq məktubu üçün şərhlər bağlıdır

                                                                              EL HƏKİMİ

    Mən sizə Bakının 6 nömrəli xəstəxanasının alerqoloqu, həkim Vəfa İbrahimovadan danışacağam.
    Balaca Zəhra xəstələnmişdi. Onu Vəfa həkimin yanına apardım. Zəhranı həkim müayinə etdi və müalicə yazdı. Birdən ha-radan gəldiyimizi soruşdu. Mən Qəhrəman Tərtərdən gəldiyimizi söylədim. Vəfa həkim dedi: “Doğrudan da, Tərtər Qəhrəman şəhərdir. 1992-ci il aprel döyüşləri və 2020-ci il Vətən müharibəsində də Tərtərlilər bir an da olsa öz torpaqlarından çıxmadı. Mən deyərdim ki, Tərtərin hər bir vətəndaşı uşaqdan böyüyə hamısı qəhrəmandır. Ölkə Prezidenti İlham Əliyev Tərtər haqqında söyləyib: “Tərtər şəhərində olan vətəndaşlar kişi kimi mərd durublar. Deyiblər ki, öldü var, döndü yoxdu, burdan heç hara getməyəcəyik. Nə qədər mərmi düşüb. Minlərlə mərmi təkcə Tərtərə düşüb” “.
    Həkim Zəhranın bütün dərmanlarını bizə bağışladı və qeyd etdi ki, mənim Qəhrəman Tərtərlilərə böyük hörmətim var.
    Bu gün mən Vəfa həkimə ailəmiz adından və balaca Zəhra Kərimli adından çox sağ ol deyirəm və ona həmişə uğurlar arzu edirəm. Qoy Ulu Tanrı həmişə sizə yar olsun!

                                                                                                                                   Səbuhi Kərimov