Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Yan

    COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıda-kılardır: -xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması; -ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi ölkələrdə 10-15 faizə qədər); -iqtisadi inkişafından asılı olaraq ölkələrin ictimai səhiyyə sistemlərinin yüksək səviyyədə yüklənməsi nəticə-sində yaranmış pandemiyaya hazır olmaması; -yeni COVID-19 xəstəliyinə qarşı xüsusi müalicə üsullarının olmaması. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin
    qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır. Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli kli-nikaların istismara verilməsi, özəl klinikaların əks-epidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir. Azərbaycan Respublikasının ərazisində pandemiya başladığı dövrdən (2020-ci il 28 fevral tarixində ölkədə COVID-19-un ilk müsbət halı qeydə alınmışdır) indiyə qədər 230 minə yaxın yoluxma hadisəsi qeydə alınmışdır. Yoluxanlar arasında xəstəliyi ağır keçirənlər 6 faiz, ölüm halı isə 1,1 faiz təşkil edir. Yanaşı xroniki xəstəlikləri, zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan, ağır çəkili və immunsupressiv dərman istifadə edən və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksəkdir. Bu baxımdan əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir. Pandemiyanın davam edilməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vak-sinlərə ehtiyacın olmasını bəyan edilmişdir. Hazırda bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin tətbiqi davam etdirilir. Gözlənilir ki, vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır. Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan bi-ri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri edir. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.