Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
-
28Yan
Müəllif: Redaktor, 09:45