Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb. Daha ətraflı »
-
18MarXəbərlər HƏRBİ HİSSƏDƏ BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır
-
18MarTərtər RİH-də QADINLARIN BAYRAMI QEYD EDİLDİ üçün şərhlər bağlıdır
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edib.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı. Daha ətraflı » -
18MarTərtər RİH-də SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində sakinlərlə görüşüb.
Görüş zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb.
Sonra rayon rəhbəri kənd sakinlərinin problemləri ilə maraqlanıb. Vətəndaşlar Azadqaraqoyunlu kəndində yeni məktəbin tikilməsinə, yola yeni asfalt örtüyünün salınmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, içməli su üçün və təsərrüfat sahələrinin suvarılmasına görə yeni subartezian quyuları-nın qazılmasına, su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildiriblər. Rayon rəhbəri vətəndaşlara məktəb və yol tikintisinin “2019-2023-cü Daha ətraflı » -
18MarSəhiyyə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: Daha ətraflı » -
18MarMilli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır
BAYRAM SÜFRƏSİ
Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olar-sa, il bir o qədər bərəkətli gələr.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünü təsdiqindən xəbər verirdi. Novruz bayramının əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Niyə belədir? Daha ətraflı » -
18MarMilli-mənəvi dəyərlər QULAQ FALI üçün şərhlər bağlıdır
Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.
Bu inanc mətnində Novruz bayramının mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir: Daha ətraflı » -
18MarMilli-mənəvi dəyərlər YAŞIL ÖRPƏKLİ BAHAR üçün şərhlər bağlıdır
Yurdumuza bahar gəlir–allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.
Yaz ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur. -
18MarMilli-mənəvi dəyərlər KEÇƏL VƏ KOSA üçün şərhlər bağlıdır
Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi ovqat qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil Daha ətraflı »
-
18MarDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
GƏNCLİYƏ ÖRNƏK
Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun “N” hərbi hissəsində xidmət keçməyə başladı.
Onda Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə Daha ətraflı » -
18MarDigər DÖYÜŞƏN DÖRD QARDAŞDAN BİRİ ŞƏHİD OLDU üçün şərhlər bağlıdır
Vətənin dar günüydü. Heç kim ev-eşiyində rahat otura bilmirdi. Fitnəkar düşmən əlinə fürsət düşən kimi ərazilərimizi iri çaplı silahlarla atəşə tuturdu. Hamı müdafiəyə qalxmışdı. Döyüşə yollananın hər biri–“elə etməliyik ki, mundar erməninin ayağı torpaqlarımıza dəyməsin, onları ərazilərimizdən qovub çıxarmalıyıq, nankorlar həm torpaqlarımızda yaşayıb, çörəyimizi yeyib, suyumuzu içirlər, həm də camaatımıza qənim kəsilirlər”,–deyə düşünürdü. Bütün evlərdən mübarizəyə qoşulanlar vardı. Hətta elə ailələr vardı ki, ata və oğul birlikdə döyüşə yollanırdı. Sarıcalı kəndindən Əliyevlər ailəsi də belələrindən idi. Bir evdən 4 qardaş–Xanlar, Asəf, Mətləb və Bəxtiyar Vətənin müdafiəsinə qoşulmuşdular. Əmiləri Qabil də sonradan 1993-cü il noyabrın 7-dən onlardan geri qalmayıb, əlinə silah götürüb döyüşə yollandı. Bir ailədən beş kişi ermənilərlə mübarizə apardı.
Vəng uğrunda güclü döyüş gedirdi. Bəxtiyar da döyüşənlər arasında idi. Düşünürdü ki, düşmənin dərsini verib şəhid oğullarımızın, yurd-yuvalarından didərgin düşən insanların heyfini alacaqdır. Lakin pulemyot güllələri onu ayaqlarının ikisindən də yaraladı. Bu yara ilə 5 ay Gəncə şəhər hospitalında müalicə olundu. Hətta tam sağalması üçün Sərdar Həmidov onu İran Respubli-kasına göndərməyi təklif etdi. Lakin Bəxtiyar ya-rımçıq müalicə olunsa da, yenidən hərbi hissəyə qayıtdı və döyüşü davam etdirdi. İndi müharibəyə daha inadla qoşuldu… Daha ətraflı »
Yeni ismarıclar