Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

    Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.
    Bu inanc mətnində Novruz bayramının mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir:
    Birincisi, qulaq falına yalnız ilin axır çərşənbə gecəsi getmək olar. Bunun mənası odur ki, bu gecə il təhvil olur; obaşdana yaxın sular bir anlığa dayanır, ağaclar başın yerə qoyur, atlar kişnəyir və s. Həmin an niyyət məqamıdır. Ürəyindən keçən niyyət hasil ola bilər. Eyni zamanda bu gecə niyyətlərin baş tutub-tutmayacağının bilindiyi gecədir.
    İkincisi, burada əsas məna ilk sözlə bağlıdır. Qulaq falında insan çox söz eşidə bilər. Lakin eşitdiyin ilk söz əsasdır. Yəni necə ki, axır çərşənbə gecəsinin səhəri günü sübh tezdən çaydan, bulaqdan gətirilən su təzə ilin ilk suyu kimi magik təsirə malikdir, qulaq falında da ilk söz magik təsir gücünə malikdir. Ondan sonra eşidilən sözlər adi sözlər, adi danışıqlardır və fal baxımından heç bir əhəmiyyət kəsb etmir.

    Müəllif: Redaktor, 14:29

İsmarıclar bağlıdır.