Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində sakinlərlə görüşüb.
Görüş zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb.
Sonra rayon rəhbəri kənd sakinlərinin problemləri ilə maraqlanıb. Vətəndaşlar Azadqaraqoyunlu kəndində yeni məktəbin tikilməsinə, yola yeni asfalt örtüyünün salınmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, içməli su üçün və təsərrüfat sahələrinin suvarılmasına görə yeni subartezian quyuları-nın qazılmasına, su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildiriblər. Rayon rəhbəri vətəndaşlara məktəb və yol tikintisinin “2019-2023-cü illərdə Azərbaycan Respublikasının Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salındığını, “Azərsu” ASC tərəfindən içməli su layihəsinin hazırlandığını, son beş ildə kənddə 7 subartezian quyusunun qazıldığını bildirib, su arxlarının lildən təmizlənməsi üçün aidiyyatı üzrə tapşırıq verib.
Sakinlər səmimi görüşdən razı qaldıqlarını bildirərək, respublika rəhbərinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
-
18Mar
Müəllif: Redaktor, 14:48