Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

    8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edib.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı.
    Qeyd olundu ki, ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 50,3 faizini qadınlar təşkil edir. Təhsilin inkişafında xidmətlə-rinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 4 nəfər qadın müəllim “Tərəqqi” medalı ilə təltif olunub.
    Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Tərtər hərbi məhkəməsinin sədri İlqar Quliyev, təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov çıxış edərək qadınları bayram münasibəti ilə təbrik ediblər.
    Tərtər rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına qiymətli hədiyyələr, fəxri fərmanlar verilib.

    Müəllif: Redaktor, 14:52

İsmarıclar bağlıdır.