Qədir Tərtərli AYB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Dünən gecə əmim oğlu yuxuma girmişdi. Aprel döyüşlərində şəhid olmuş əmim oğlunu deyirəm. Üzünə baxan kimi sözlü adama oxşadığını hiss etdim. Sözlü adamı tanımaq da mənim əlimdə iki vur ikidi. Uşaqlığımdan beləyəm. Bir adamın ki, diqqətlə üzünə baxdım, o saat bilirəm ki, nəsə bir sözü var.
Nə deyəcəyini, məndən nə soruşacağını əvvəlcədən soruşmaq istəmədim ondan. Bilirdim ki, sözünü ürəyində saxlayası döyül ha, nə vaxtsa deyəcək.
– Əmioğlu, -dedim, səndən çıxmayan iş, nə yaxşı yuxuma girmisən? Elə yadıma düşürdün ki… Deyirdim kaş nə olaydı, əmioğlumnan lap yuxuda olsa da görüşəydik. Bir hal-xoş eləyəydik. Allaha şükür ki, bu istəyim baş tutdu. Hə, əvvəlcə de görüm necəsən, günlərin necə keçir, darıxıb eləmirsən ki, buralarda?
Bir az qaşqabaqlı cavab verdi sualıma. Görünür, nədənsə dilxorçuluğu varmış:
– Necə olacam, burdakı ölülər necədisə, mən də eləyəm. Sizin kimi halva yemirik ki! Yatanda yatırıx, duranda dururux. O ki, qaldı darıxmağıma, necə deyim ey, bilmirəm. Gündü də, keçiririk. Yaxşısı da olur, pisi də. Bir də axı, tutalım ki, darıxdım, darıxıf neyliyəsiyəm ki? Parkı yox, bulvarı yox, gəzməli elə bir yeri yoxdu ki, buraların. Qəvrisannıxdı, qəvirlərdi, bir də ki, mənim kimi ölülərdi burda. Daha ətraflı »
Yeni ismarıclar