Prezident İlham Əliyev: Çox yaxşı. Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdılar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir. Mən ona görə rayonların adlarını çəkdim ki, hər kəs bilsin harada nə qədər məhsuldarlıq var. Bəzi təsərrüfatlarda siz deyirsiniz ki, 40-50 sentner məhsul götürülübdür, deməli, biz bu hədəfə də yaxınlaşmalıyıq. Ona görə növbəti səpin mövsümünə qədər bütün bu işlər geniş təhlil olunmalıdır. Harada ki, məhsuldarlıq yüksəkdir, təsərrüfatlarda orta məhsuldarlıqdan daha yüksəkdir, o təcrübə öyrənilməlidir. Ola bilər ki, zona müşavirələri də keçirilsin. Bu sahədə həm kadr hazırlığı, maarifləndirmə, yeni texnologiyalar ən yüksək standartlara cavab verməlidir. Çünki bizim əlavə torpağımız yoxdur. Biz 100 min hektarı ancaq pambıqçılığa ayırmışıq və hesab edirik ki, bu, kifayətdir. Ancaq biz məhsuldarlıq hesabına tədarükü də artırmalıyıq.
-
29DekTərtər RİH-də AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN YANINDA PAMBIQÇILIQ MÖVSÜMÜNÜN YEKUNLARI VƏ 2020-ci İLDƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR İLƏ BAĞLI MÜŞAVİRƏDƏ ÖLKƏ BAŞÇISININ TƏRTƏR RAYONU HAQQINDA SÖYLƏDİYİ FİKİR VƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN ÇIXIŞI üçün şərhlər bağlıdır
-
29DekTərtər RİH-də üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Son illərdə aqrar sahənin, xü-susilə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirdiyiniz tədbirlər insanların maddiri-fahının yüksəldilməsinə, kəndlərimizdə böyük canlanmaya sə-bəb olub. Hazırda kənd təsərrüfatı, o cümlədən, pambıqçılıq elmi əsaslarla sürətlə inki-şaf edir və insanlarımızın gü-zəranına bolluq, əhval-ruhiy-yəsinə nikbinlik gətirir. Torpaq mülkiyyətçiləri və fermerlər həvəslə sahələrdə əkin-biçinlə məşğul olur, istehsal et-dikləri kənd təsərrüfatı məhsulları sayəsində həm öz ailələrinin həyatını, xoş güzəranı-nı təmin edir, həm də ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər.
Bu gün Tərtər pambıqçılarının əldə etdiyi uğurlar öz baş-lanğıcını yaxın keçmişimizdən – ulu öndər Heydər Əliyevin birinci dəfə respublikamıza rəhbərlik etdiyi dövrdən götürür. Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönədönə bildirən ulu öndər respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verirdi. O zaman Heydər Əliyev Tərtər rayonunun təbii iqlim şəraitini, torpağının keyfiyyətini yüksək qiymətləndirərək, burada pambıqçılığın inkişafını daim diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi idi ki, 1981-ci ildə rayonumuzda pambıqçılıq öz inkişafının pik nöqtəsinə çatmış, 11 min hektardan çox sahədə pambıq əkilərək 43 min tona yaxın məhsul toplanmışdı. Orta məhsuldarlıq hər hektardan 39 sentner təşkil etmişdi. Yaşlı sakinlər ümummilli liderlə pambıq tarlalarındakı görüşlərini, bu qiymətli bitkinin becərilməsi-nə dair verdiyi tövsiyələri indi də minnətdarlıq hissi ilə xatırlayırlar.
Cənab Prezident, 2016-cı il-dən başlayaraq Sizin tapşırığınız əsasında bu sahənin dirçəldilməsi üçün atdığımız addımlar məhz həmin illərdə qazanılmış zəngin təcrübəyə əsaslanır. Rayonumuzun pambıqçıları cari mövsümdə 3427 hektar sahədən 11 min 924 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub. Bu nailiyyət iqtisadi göstərici olmaqla yanaşı, həm də insanlarımızın öz Prezidentinin siyasətini ürəkdən dəstəkləməsinin bariz nümunəsidir. Onların vətənpərvərliyinin, Vətənə bağlılığının təcəssümüdür.
Mənfur qonşularımız becərmə dövründə işğal altındakı ərazilərdə yerləşən Sərsəng Su Anbarından Tərtər çayına gə-lən suyun qarşısını kəsdikləri üçün sahələrin suvarılmasında hər il çox böyük çətinliklərlə üzləşirik. Sizin tərtərlilərə göstərdiyiniz xüsusi qayğı nə-ticəsində sərəncamlarınızla hər il rayonumuzda yeni subartezian quyularının qazılması bu çətinlikləri qismən aradan qaldırır, kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Məlumat üçün bildirirəm ki, rayonda istismar olunan 531 subartezian quyusunun 150-si Sizin müvafiq sərəncamlarınızla son illərdə vurulan artezianlardır.
Fermerlərimizin gərgin əmə-yi sayəsində 2019-cu ilin doq-quz ayında rayonda kənd təsərrüfatı məhsullarının ümu-mi həcmi 62 milyon 983 min manat təşkil edib və bu da əv-vəlki ilin müvafiq dövrünə nisbətdə 8 milyon 517,6 min manat çoxdur. Bunun 8 mil-yon manata yaxını yalnız pambıqçılıq sahəsindən əldə edilib. Bu sahənin inkişaf etdirilməsi ilə bağlı kənd ca-maatının məşğulluğunun tə-min olunması insanlarımız tə-rəfindən böyük rəğbətlə qar-şılanır. Təkcə Tərtər rayonun-da cari mövsümdə 3995 nəfər pambıq sahələrində çalışaraq evinə halal qazanc aparıb ki, bunlardan da 1800 nəfəri əllə pambıq toplayanlardır.
Cari ildə Tərtər rayonunda 2018-ci ilin məhsuluna görə 930 istehsalçıya emal müəssi-səsinə təhvil verdikləri xam pambıq üçün dövlət büdcəsi hesabına 800 min manat subsidiya ödənilib. Bu il isə döv-lət büdcəsi hesabına 1 milyon 200 min manata yaxın subsi-diya ödəniləcək.
Möhtərəm cənab Prezident, Siz insanlara ləyaqətlə yaşa-yıb, zəhmətlə pul qazanmaq imkanı yaratdınız. Bunun nəti-cəsidir ki, fermerlərimizin pambıqçılığa olan marağı və gəlirləri ilbəil artır. Fermerlərimizdən Buruc kəndindən İl-kin Qurbanov ötən il 12 min manat, cari ildə isə 12 dəfə çox – 144 min manat, Bəyimsarov kəndindən 1-ci dərəcəli “Əmək” ordenli Fazil Vəliyev ötən il 157 min manat, cari il-də 168 min manat, Azadqara-qoyunlu kəndindən İsmayıl Mehdiyev ötən il 13,5 min manat, cari ildə 2,4 dəfə çox– 32,2 min manat gəlir götürüb-lər. Onların sahələrində hekta-rın məhsuldarlığı rayon sə-viyyəsindən də yüksək–40-50 sentner olub.
Məhsuldarlığın yüksək ol-masında texnikanın da müs-təsna rolu var. Belə ki, əvvəlki illərdə texnika sarıdan çətinliklərimiz olurdu. Sizin son müşavirədəki tapşırığınızdan sonra bu sahədə ciddi dönüş yarandı. Cari mövsümdə rayo-numuzda pambıqçılıq sahə-sində 101 texnikadan–bunlardan da 11-i şum aparılmasında, 44-ü səpin və becərmədə, 15-i dərmanlamada istifadə olunub, 17-si isə müasir pambıqyığan kombaynlardır.
Bununla yanaşı, əkin sahə-lərinin düzgün seçilməsi, qış aratına qoyulması, vaxtında şumlanması, gübrələrin aqrotexniki qaydalara uyğun veril-məsi və digər becərmə işləri-nin düzgün təşkili son nəticədə yüksək məhsuldarlığı təmin edən amillərdir.
Rayonun sosial-iqtisadi in-kişafını təmin etməklə yanaşı, vətəndaşlarla daim ünsiyyətdə olmağa, onların problemlərini yerində öyrənib həll etməyə çalışırıq. Sizin yeni təyin olunan icra başçılarını qəbul edər-kən onlara və eləcə də bütün rayonların icra başçılarına ver-diyiniz “Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil apar-malısınız” tapşırığınız hazırda bizim fəaliyyətimizin əsas is-tiqamətini təşkil edir.
Möhtərəm cənab Prezident, Siz Tərtərdə olarkən pambıq-çılarımızın təcrübəsinin yayılmasını tövsiyə etmişdiniz. Bu, bizim zəhmətimizə verdiyiniz çox yüksək qiymətdir. Sizi bir daha əmin edirəm ki, bu, son hədd deyil. Tərtərlilər bundan sonra da öz əmək nailiyyətləri ilə ölkəmizin iqtisadi qüdrəti-nin artmasına töhfə verəcəklər.
Diqqətinizə görə çox sağ olun. -
29DekDigər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür üçün şərhlər bağlıdır
MİLLİ BİRLİYİMİZ,HƏMRƏYLİYİMİZ BİZİM MƏNƏVİ GÜC MƏNBƏYİMİZDİR
Hər il dekabr ayının 31-də, ilin son günündə xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük sevinclə, ruh yüksəkliyi ilə geniş qeyd edir. Belə bir əlamətdar günün dövlət bayramı kimi təntənə ilə qeyd olunması dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın öz tarixi vətəni olan müstəqil Azərbaycanda əlaqələrinin daha da möhkəmlənməsinə, onların sıx birliyinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və təbliğinə xidmət edir.
Ötən əsrimizin 90-cı illərinin axırlarında keçmiş İttifaq məkanında cərəyan edən ictimai-siyasi proseslər Azərbaycanda milli özünüdərkin və azadlıq ideyalarının güclənməsinə təkan verdi. 1989-cu ilin ayazlı-şaxtalı qış günlərində minlərlə otaylıbutay-lı soydaşımız Araz çayının sahilinə toplaşaraq, tarixi ədalətsizliyə, təxminən 200 il əvvəl im-zalanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq, vahid Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtmağa başladılar. Həmin gün xalqımızın tarixinə milli həmrəyliyin təcəssümü kimi əbədi daxil oldu. Daha ətraflı » -
29DekDigər Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır
YENİ İL BAYRAMININ TARİXİNDƏN
Yeni il Bayramı — dün-yanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram et-mək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Daha ətraflı » -
29DekDigər YENİ İL YOLKASI üçün şərhlər bağlıdır
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçinmək olar. Bəs Yeni il bayramında yolka bə-zəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb. -
29DekDigər TƏRTƏRLİ VALEH ADIGÖZƏLBƏYOV üçün şərhlər bağlıdır
Mən onunla ilk dəfə 2003-cü ildə Rusiyanın Xantı – Mansiysk şəhərində görüşmüşəm. Hələ Sovetlər birliyi dövründə, Nijnevartovsk şəhərində yaşadığım zamanlar məşğul olduğum azərbaycançılığın təbliği işini Bakıya qayıtdıqdan sonra genişləndirir, Rusiyaya gedir, bu ölkəni şəhər-şəhər, kənd-kənd gəzir, ziyalı həmvətənlərimiz, onların nəhəng ölkənin müxtəlif bölgələrində bir-birinin ardınca yaratdığı diaspor təşkilatlarının fəaliyyəti, fəalları, uğurları, perspektivləri haqqında araşdırmalar apa-rır, məlumatlar toplayır və kitablar yazmağı davam etdirirdim. Və bir dəfə, on altı il bundan əvvəl, yolumu onun yaşadığı, fəaliyyət göstərdiyi Xantı – Mansiysk Milli Mahalının mərkəzi olan bu şəhərəXantı-Man-siyskə yönəltdim. Burda məni orta boydan bir qədər hündür, gülərüz, qaragöz, qaraqaş bir həmyerlimiz qarşıladı. Olduqca mehriban, doğma münasibətlə işimi təşkil etdi, burda bir neçə gün çalışmaq üçün normal şərait yaratdı, rəhbərlik etdiyi diaspor təşkilatına dair sənədlər təqdim etdi, məni fəallarla görüşdürdü. Xoş bir təbəssümlə, mənim hörmətli qonağımsan dedi. Mənzilində bir otaq göstərib: “Buyur, istirahət elə, neçə gün istəsən işlə, məlumatlarını topla” sözlərini dilə gətirən soydaşımızın timsalında qonaqpərvərlik, vətənkeşlik gördüm. Sonrakı günlər onu müşahidə etdikcə anladım ki, o, insanlarla səmimi davranan bir ziyalı təfəkkürlü, əsl azərbaycanlıdır–yaxşılarla fəxr edir, özünü düz aparmayanlara doğru yol göstərir, camaatsa öz növbəsində onun məsləhətləri, möv-qeyi ilə razılaşır.
Xantı–Mansiyskdə rast gəldiyim qiymətli insani dəyərlərin sahibi isə Valeh İsgəndər oğlu Adıgözəlbəyovdur. O, 23 may 1963-cü ildə Mirbəşir (Tərtər) şəhərində dünyaya göz açıb, həmyaşıdları kimi o da iki il ordu sıralarında xidmət edib. Ehtiyata tərxis olunduqdan sonra taleyi onu Xantı – Mansiysk şəhərinə gətirib. O, əsas fəaliyyəti tikinti ilə bağlı olan mütəxəssis kimi burdakı müəssisə-lərdən birində işə düzəlib, vəzifə pillələrilə irəliləməyə başlayıb, Tümen Dövlət Memarlıq–Tikinti Akade-miyasını uğurla başa vurub və “Xantımansiyskqeofizi-ka”da usta, iş icraçısı, sahə rəisi vəzifələrində bacarığı-nı bütün varlığı ilə göstərə bilib. Xüsusilə “Şapşa-Xan-tı-Mansiysk” avtomobil yo-lunun çəkilməsində böyük uğurlara nail olub. 1989-cu ildə “Rabotnik” adlı kooperativ təşkilatının rəhbəri kimi, şəhərdə evlərin tikilməsi və təmiri işlərini həyata keçirib, başqa müəssisələrə də, o cümlədən, Tikinti Təmir İdarəsinə, sonralar Mənzil Kommunal İdarəsinə rəhbərlik edib. Çalışdığı vəzifələrdə əhalinin, tabeçiliyində olan adamların etimadını qazanıb. Ona görə də 2006-cı ildə Xantı – Mansiysk Şə-hər Dumasına deputatlığa namizədliyi də irəli sürül-müşdü. Düzdür, haqsızlıq edildi, bunu seçicilər də bil-dilər… Amma, hamıya bəlli idi ki, Valeh müəllim deputat olmağa layiq insandır. Lakin, nə etmək olar, ikili standartlar hər yerdə özünü göstərir, ona görə də belə hadisələr baş verir, bəzən layiqlilər yox, digərləri de-putat olurlar… Maliyyə və-ziyyəti azacıq yaxşılaşan ki-mi, qohum-əqrəbaya, dost-tanışa kömək əlini uzadıb, yaşadığı şəhərdə uşaq xəs-təxanasının təmirinə, digər vacib sahələrə də maliyyə vəsaiti ayırıb, Tərtər şəhə-rində məscidin təmiri üçün də yardım etməyi unutma-yıb, Valeh müəllim. Daha ətraflı » -
29DekDigər üçün şərhlər bağlıdır
Zakir Bağırov,
YAP Tərtər Rayon Təşkilatının məsul işçisiMəlumdur ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əv-vəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaq-lanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zaman bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Onun yaratdığı Yeni Azərbaycan Partiyası qısa zamanda ölkədə siyasi sabitliyi təmin etdi. İnsanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm irəliləyişə nail olundu. Bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan bir dövlətdir.
Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu prosesin davam etdirilməsində YAP üzvləri də fəal iştirak edirlər.
Bütün bu irəliləyişləri rayonumuzun simasında bir daha aydın görmək olar. Doğma Tərtə-rimizdə yüksək səviyyədə aparılan yenidənqur-ma işlərində, sosial-iqtisadi irəliləyişlərdə Tər-tər Rayon YAP üzvləri xüsusi fəallıq nümayiş etdirirlər. Əlbəttə, bu müsbət dəyişikliklər mətbuatda, o cümlədən, “Yeni Tərtər” qəzetində öz əksini tapır, operativ olaraq həm rayon qəzetinin səhifələrində həm də onun internet saytında oxuculara çatdırılır. YAP rayon təşkilatının üzvləri adından qarşıdan gələn Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bizə doğma olan “Yeni Tərtər”çiləri təbrik edir, onların hər birinə ailə səadəti, bol ruzi-bərəkət, firəvan həyat və yaradıcılıq nailiyyətləri arzulayıram! -
29DekDigər üçün şərhlər bağlıdır
Qədir Allahverdiyev, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri
Mən uzun müddət rayon qəzetində çalışmışam və bu işin çətinliklərinə yax-şı bələdəm. Qəzet əməkdaşı olmaq, həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Oxuculara informasiyanı vaxtında çatdırmaq, onun maraqlılığını təmin etmək, dəqiq və obyektivliyinə nail olmaq jurnalistin əsas peşəsidir. Bu isə rayon yerində elə də asanlıqla başa gəlmir.
Mən rayon qəzetində işlədiyim vaxtlarda onun özünün mətbəəsi, yəni çap avadanlıqları və xeyli sayda işçisi vardı. İndi isə tamamilə başqa cürdür. Qələm dostum, “Yeni Tərtər” qə-zetinin baş redaktoru Tofiq Yusif mənə danışır ki, qəzetin səhifələri burada kompüterdə yığı-lır, Bakı şəhərinə göndərilir, orada çap olunur, geri qaytarılır və redaksiya tərəfindən oxucula-ra çatdırılır. Bu proseslər elə də yüngül deyil, onun müqabilində isə cəmi-cümlətanı redaksi-yanın 6 nəfər əsas işçisi var ki, onların da 2-si yaradıcı işçidir.
Demək istəyirəm ki, belə bir vəziyyətdə ra-yon qəzetini çap edib oxuculara çatdırmaq çox böyük zəhmət tələb edir.
Mən qarşıdan gələn Yeni il və Dünya Azər-baycanlılarının Həmrəyliyi Günü münasibətilə “Yeni Tərtər” qəzetinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara bu ağır və şərəfli işlərində uğurlar diləyirəm. -
29DekDigər üçün şərhlər bağlıdır
Məhiyəddin Kərimov, rayon ağsaqqalı
Ta qədimdən il təzələnəndə adətdir ki, böyüklər–ağsaqqal, ağbirçək, ziyalılar xeyrdua verər, ilin uğurlu olması üçün xoş sözlər söyləyərlər. Elə bilirəm ki, bu gün rayonun bir ağsaqqal sakini kimi mənim də söz demək haqqım var. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il öz mübarək qədəmlərini yer üzünə qoymaqdadır. Arzu edirəm ki, qarşıdan gələn ilimiz insanlarımıza firavanlıq, xoş günlər gətirsin! Uşaqlarımız nəvazişlə böyüsünlər, qocalarımız qayğı ilə əhatə olunsunlar. İllərdi xalqımız üçün unudulmaz dərd hesab olunan Qarabağ yaramıza əlac tapılsın, ev-eşiyindən el-obasından didərgin düşənlər öz doğma yurd-yuvalarına qayıtsınlar.
Məlumdur ki, “Yeni Tərtər” qəzeti rayonumu-zun aynası olaraq sakinlərimizin sevimlisinə çevrilib.
Rayon qəzetini maraqla oxuyuram. Səhifələrində dərc olunmuş məqalələr–siyasi, bədii və publisistik yazılar, rayonumuzda baş verən müsbət dəyişiklikləri əks etdirən material və fotoşəkillər adamda xoş təəssürat yaradır. Əlbəttə, qəzetin belə oxunaqlı dərc olunmasında redaksiya əməkdaşlarının gərgin zəhməti vardır. Yeniilqabağı “Yeni Tərtər”in əməkdaşlarını ürəkdən təbrik edir, onlara cansağlığı, yaradıcılıq uğurları və iti qələm arzulayıram. İstəyirəm ki, şəhər və kəndlərimizin sosial inkişafındakı yeniliklər qəzet səhifələrində həmişə layiqincə öz əksini tapsın. -
29DekDigər BAYRAM TƏBRİKLƏRİ üçün şərhlər bağlıdır
Yaşar Məhərrəmov, Tərtər Rayon Təhsil Şöbəsinin müdiri
İndiki dövrdə təhsil sistemində islahatların aparılmasına, təlim-tərbiyə səviyyəsinin daha da yüksəldilməsinə, maddi-texniki bazanın müasirləşdirilməsinə, yeni şəraitin yaradılmasına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Bu diqqət Prezident İlham Əliyevin imzaladığı çoxsaylı proqram və sərəncamların həyata keçirilməsində öz əksini tapır. Yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri nəticəsində Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
Müəllimlərin peşəkarlıq səviyyəsinin, nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlər gənc müəllimlərin bu peşəyə marağını xeyli dərəcədə artırıb. Təhsil müəssisələrində istedadlı uşaqlarla görülən işlərin nəticəsində beynəlxalq və olimpiya yarışlarında uğurlar qazananların sayı ilbəil artır, təmayülləşmənin əhatə dairəsi genişlənir. Ümidvarıq ki, yeni ildə də təhsil sahəsindəki uğurlar daha da çoxalacaq. Bu uğurlar internet saytlarında və mətbuat səhifələrində vaxtaşırı yayımlanaraq xalqa çatdırılır. Bu sahədə “Yeni Tərtər” qəzetinin də rolu təqdirəlayiqdir. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayonumuzun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin əməkdaşlarını təhsil işçilərimiz adından səmimiyyətlə təbrik edir, onlara daha maraqlı və sanballı yazılar, bol informasiya arzulayır, hər birinə cansağlığı, mənalı ömür və ailələrinə xoşbəxtlik diləyirəm!
Yeni ismarıclar