MİLLİ BİRLİYİMİZ,HƏMRƏYLİYİMİZ BİZİM MƏNƏVİ GÜC MƏNBƏYİMİZDİR
Hər il dekabr ayının 31-də, ilin son günündə xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük sevinclə, ruh yüksəkliyi ilə geniş qeyd edir. Belə bir əlamətdar günün dövlət bayramı kimi təntənə ilə qeyd olunması dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın öz tarixi vətəni olan müstəqil Azərbaycanda əlaqələrinin daha da möhkəmlənməsinə, onların sıx birliyinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və təbliğinə xidmət edir.
Ötən əsrimizin 90-cı illərinin axırlarında keçmiş İttifaq məkanında cərəyan edən ictimai-siyasi proseslər Azərbaycanda milli özünüdərkin və azadlıq ideyalarının güclənməsinə təkan verdi. 1989-cu ilin ayazlı-şaxtalı qış günlərində minlərlə otaylıbutay-lı soydaşımız Araz çayının sahilinə toplaşaraq, tarixi ədalətsizliyə, təxminən 200 il əvvəl im-zalanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq, vahid Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtmağa başladılar. Həmin gün xalqımızın tarixinə milli həmrəyliyin təcəssümü kimi əbədi daxil oldu.
Bu əlamətdar günün dövlət səviyyəsində rəsmiləşdirilməsi isə xalqımzın dahi oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Milli Həmrəylik və Bilik Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. Bundan 9 il sonra isə Azərbaycan Respublikasının Ali Soveti hər il dekabr ayının 31nin Azərbaycanın Milli Həmrəylik Günü elan olunmasını rəsmiləşdirdi.
Ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlıların İşləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bütün dünyada yaşayan soydaşlarımızın ara-sında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha səmərəli və məqsədyönlü iş aparılır.
Həmrəylik bayramı ilk növbədə Azərbaycançılıq ideologiyasına söykənir. Məhz bu ideologiya ət-rafında sıx birləşən hər bir soyda-şımız harada yaşamasından asılı olmayaraq, ana vətənin, doğma Azərbaycanın daha da inkişaf edərək, dünya birliyində layiqli yer tutmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqi-qətlərin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir.
Ümummilli liderimizin milli birlik və Azərbaycançılıq ideyaları hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının həmrəyliyimizə verdi-yi töhfə 50 milyonluq xalqımızın, o cümlədən, ölkəmizin hüdudla-rından kənarda yaşayan həm-vətənlərimizin milli ruhunun da-ha da yüksəlməsinə təkan verən çox önəmli amillərdəndir.
Elnur NOVRUZZADƏ,
Qarabağ Hərbi Prokurorluğu-nun böyük müstəntiqi, ədliyyə baş leytenantı