Tərtər rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 1287 müəllim məşğul olur. Bu il Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqədən keçən 68 nəfər gənc müəllim rayonun məktəblərində pedaqoji fəaliyyətə başlayıb. Bayram ərəfəsində Tərtər şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Raya Hacıyeva Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Bu barədə Tərtər rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad edib, xatirə şəkli çəkdiriblər.
Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məktəblilər müəllimləri şeirlə təbrik ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıb. Bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim öyrədəndir, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi insani keyfiyyətləri təlqin edən və formalaşdıran şəxsiyyətdir. Daha ətraflı »
Yeni ismarıclar