Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    “ƏQİDƏ HEYKƏLİ” MÖVZUSUNDA TƏDBİR

    Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Tərtər” qəzeti redaksiyasında “Əqidə heykəli” mövzusunda tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə qəzetin baş redaktoru Tofiq Yusif açdı və mövzu ilə bağlı qısa məlumat verdi.
    “Yeni Tərtər” qəzetinin əməkdaşı Nübar Mehdizadə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Əqidə heykəli” mövzusunda geniş məruzə etdi.
    Göstərdi ki, dahi şair 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olub və doğulduğu yerdə təhsil alıb. Çətin bir dövrdə yaşayan şairimizin yaradıcılığı da çox ağır təzyiqlərlə üzləşib. Ərəb, fars dilləri ilə yanaşı ana dilində yazdığına görə Nəsimi bir çox şairləri üstələyib. Seyid İmadəddin Nəsimi yaradıcılığı baxımından ədəbiyyatımızda ən öndə gedən klassik şairlərdən biridir. Böyük şair Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Zülfüqar Şirvani, Xaqani Şirvani, Arif Ərdəbilinin əsərlərinə maraq göstərib. Nəsimi Şah İsmayıl Xətai, Füzuli və Vaqif yaradıcılığına böyük təsir edib. “Neylərəm”, “Etməgil”, “Yanaram” məhəbbət, “Nədir”, “Bəhrül-Əsrar”(“Sirlər dəryası”) ictimai mövzuda yazdığı qəzəlləri ecazkar gözəlliyə malikdir.
    Sonra məruzəçi şairin yaradıcılığından nümunələr gətirdi, həyatının təlatümlü məqamlarından və əqidəsinə görə edam olunduğundan söhbət açdı.
    Məruzə ətrafında “Yeni Tərtər” qəzetinin əməkdaşlarından Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva çıxış etdilər.
    Tədbiri qəzetin baş redaktoru Tofiq Yusif yekunlaşdırdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.