Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı yerlərdə pambıqçılarla görüşüb, kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Rayon rəhbəri bildirib ki, Tərtər torpağı pambıqçılıq üçün məhsuldar və əlverişlidir. Vaxtilə tərtərlilər dövlətə 43 min tondan çox “ağ qızıl” təhvil veriblər. Ötən il rayonda 3300 hektar sahədə pambıq əkilib, hər hektardan 24,8 sentner olmaqla, ümumilikdə, 8196,5 ton məhsual istehsal edilib. Pambıqçılığın gəlirli sahə olduğunu görən fermerlərimiz bu il həmin sahəni daha da genişləndirərək, 3427 hektar sahədə pambıq əkiblər. Hazırda tarlalarda məhsul boldur, qarşımıza qoyduğumuz hədəflərə çataraq, yüksək göstərici əldə edəcəyimizə inanırıq. Bu günə qədər 1546,4 ton məhsul toplanıb.
Rayon rəhbəri “MKT İK” MMC-nin Tərtər filialında olub, kollektivlə səmimi söhbət edib.
Sonra rayon rəhbəri uzunluğu 33,5 km olan 9 kəndi birləşdirən “Səhlabad-Əksipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı- Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli” yolunun çəkilişində çalışan işçilərlə də görüşüb. Artıq yolun Hüsənli kəndindən keçən hissəsində işlər başa çatıb. Yeni çəkilən yol əhalinin böyük razılığına səbəb olub.
“Yeni Tərtər”