18Okt
“TƏRTƏR” YARIMSTANSİYASINDA VƏZİYYƏT NECƏDİR?
“Azərişıq” ASC yarandığı dövrdən “Mərkəzi Aran” Regionunda elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik enerjisi verilişində yaranan uzunmüddətli fasilələrin qarşısının alınması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işlərinə başlanılmışdır. Bu istiqamətdə görülən işlərdən biri kimi Tərtər rayonu ərazisində 110/35/6 kV-luq 1×25 və 1×40 MVA gücündə olan yeni “Tərtər” yarımstansiyasının tikintisini göstərmək olar. “Tərtər” yarımstansiyası vasitəsilə Tərtər şəhəri və ətraf 9 yaşayış məntəqəsinin 35 kV-luq Dəmirçilər hava xəttinin üzərində olan 35/10 kV-luq “Dəmirçilər”, 35 kV-luq Sarıcalı hava xəttinin üzərində olan 35/10 kV-luq Sarıcalı və 35 kV-luq İsmayılbəyli hava xəttinin üzərində olan 35/10 kV-luq İsmayılbəyli yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyada 110 kV-luq açıq paylayıcı qurğu, 5 ədəd müasir tipli “Eleqaz” açarlarla təchiz edilərək, məsafədən idarə olunan ayrıcılar quraşdırılmaqla icra olunmuşdur. 8 ədəd çıxış fideri olan 35 kV-luq müasir tipli qapalı paylayıcı qurğu, 18 ədəd çıxış fideri olan 2 giriş, 2 bölmədən ibarət 6 kV-luq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılmışdır.
Sözügedən yarımstansiya 110 kV-luq Naftalan və 110 kV-luq Bərdə hava xətləri vasitəsilə qidalanır.
Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilmişdir. Yarımstansiyanın ərazisi abadlaşdırılaraq ağaclar, gül kolları əkilmiş, sahəyə su xətti çəkilmişdir. Qəza yağ tutumu, yanğın əleyhinə su tutumu hovuzları inşa edilmişdir. Yarımstansiyanın ətrafı üzlüklü daş hasarlarla hasarlanmışdır. Daha ətraflı »
18Okt
18Okt
ÖZ ƏQİDƏSİ YOLUNDA SOYULAN ŞAİR
Azərbaycan şeir mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsimi XIV əsrin axırlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcıdır. Nəsimi Yaxın Şərq və xüsusən Azərbaycan ictimai fikri tarixində vaxtına görə tərəqqipərvər mahiyyətdə olan panteizm ideyalarına əsaslanaraq, öz əsərlərində islam dininin dar, məhdud qanun-qaydaları xaricinə çıxmağa can atmış, zülmə, ədalətsizliyə qarşı çıxmış, insanpərvərliyi, əxlaqi-mənəvi təmizliyi təbliğ etmişdir.
Nəsiminin tarixi xidmətlərindən biri də onun doğma Azərbaycan dilində yazması, Azərbaycan ədəbi dilini, şeir dilini zənginləşdirməsidir. Nəsimi Həsənoğludan və Qazi Bürhanəddindən sonra Azərbaycan dilində yaradılmış şeirin böyük ustadlarındandır.
Seyid İmadəddin Nəsimi təxminən 1369-cu ildə Şamaxıda anadan olmuşdur.
İmadəddin Nəsimi zamanına görə mükəmməl təhsil görmüş, öz ana dilindən başqa fars, ərəb dillərini, məntiq, riyaziyyat, təbiət və astronomiya elmlərini öyrənmişdir. Şair kiçik yaşlarından şəhər zəhmətkeşləri, peşəkar və sənətkarlar mühitində dolaşmış, bu mühitin təsiri altında onun dünyagörüşü formalaşıb inkişaf etmişdir. Daha ətraflı »
18Okt
ALLAH MÜHARİBƏNİ HEÇ KİMƏ GÖSTƏRMƏSİN!
Çardaxlı kəndinin ermənilərdən təmizlənməsi tapşırığı verilmişdi bölməmizə. Batalyonla birlikdə hamı Çardaxlı istiqamətində irəliləyirdi. Döyüş başladı. Atəş təkcə qarşı tərəfdən deyildi, hər tərəfdən atılırdı. Düşmən mühasirəsinə düşməyimiz ağlımıza da gəlmirdi. Bölmə komandiri Cavanşir İsmayılov ucadan səsləndi:
–Uşaqlar, özünüzü itirməyin, deyəsən, mühasirəyə düşmüşük, ehtiyatlı olun!
Vaxtı itirmək, sayıqlığı əldən vermək hamımızın məhvi ola bilərdi. Gecədən səhərə kimi mühasirədə qaldıq, səhərə yaxın düşmənin mühasirəsini yarıb çıxdıq. Amma şəhidsiz olmadı. Yaralananlarımız da çox oldu. İgid döyüşçülərimizdən biri Rasim Burcalıyev gözümün önündə qəlpə dəyərək sinəsini dağıtdı və orada şəhid oldu. Allah heç kimə göstərməsin! Mühasirəyə düşmək çox dəhşətliydi!…
Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Calal İsmayılov o günləri xatırladıqca həyəcanını gizlədə bilmirdi: “Biz görmüşük, Allah övladlarımıza göstərməsin!”–deyirdi. Müharibənin dəhşətlərini görmüş hər kəs bu arzu ilə yaşayır. Daha ətraflı »
18Okt
Torpaqlarımız uğrunda canlarından keçən igidlərimiz təkcə öz valideynlərinin deyil, xalqın, Azərbaycanın oğullarıdır. Bu insanlarda Nəsimi cəsarəti, Koroğlu qeyrəti, Cavanşir vüqarı vardır. Biz keçmişimizi yaşadanlarla fəxr edirik. Şəhidlərin həyatı gənclərimiz üçün məktəbdir. Hər bir azərbaycanlı bu müqəddəs adın qarşısında baş əyir. Bu adı qazanmaq hər kəsə nəsib olmur. Şəhidlərin valideynlərinə olan minnətdarlıq heç bir kitaba sığmaz, heç bir mürəkkəb onu yazıb qurtara bilməz. Müqəddəs dinimizdə göstərilir ki, şəhidin qanı onun qüslü, paltarı kəfənidir. Şəhidlərin ölümü ən şərəfli ölümdür.
Vətən uğrunda şəhid olan oğullarımızdan biri Hüseynov Vasif Telman oğludur. O, 1971-ci ilin 30 yanvarında Tərtər şəhərində anadan olub.Tərtər şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Gəncə şəhərində Aqrar Universitetin Energetika fakültəsinə qəbul olub. 18 yaşından Rusiyanın Xabarovski vilayətində hərbi xidmət keçib. 2 il Marquşevandan Vəngə qədər döyüş əməliyyatlarında iştirak edib. Vasif hərbi vəzifəsini yerinə yetirərkən 1993-cü ildə 22 yaşında Vəngdə sinəsindən güllə yarası alaraq qəhrəmancasına şəhid olub. O, doğulduğu torpaqda–Tərtərdə dəfn olunub. Subay idi. Allah rəhmət eləsin! Daha ətraflı »
18Okt
“ŞAGİRDLƏRİMLƏ FƏXR EDİRƏM”
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.”
Heydər ƏLİYEV
Ömrünü şagirdlərinin yolunda şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu məşələ çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
Müəllim peşəsi şərəfli peşədir. Bu peşəni sevdirən, onu dəyərləndirən isə müəllimdir. Rayonumuzda seçdiyi peşəni ürəkdən sevən, onu həvəslə tədris edən müəllimlərimiz yüzlərlədir. Onlardan biri də Umudlu kənd tam orta məktəbinin tarix müəllimi Qızbəs Hüseynovadır. Daha ətraflı »
10Okt
1992-ci ildə yaranmış “Babək-44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib. Müdafiə Nazirliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Tərtər Rayon Mədəniyyət Mərkəzində “Babək-44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. Təqdimatdan əvvəl respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »
10Okt
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azadqaraqoyunlu kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak edirdi.
Azadqaraqoyunlu Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nazim Xəlilov kənd haqqında ümumi məlumat verdi, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Qəbulda 6 nəfər sakinin müraciəti dinlənildi.
Sakinlərdən Elmira Abbasova, Vüsalə Əhmədova və Arif Hüseynov həyətyanı torpaq sahəsi ayrılması, qaz çəkilişi və məktəb tikintisi ilə əlaqədar məsələ qaldırdılar.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən və mövcud problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı »
10Okt
Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının akt zalında davam etdirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı.
Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi prokuroru Hümbət Məmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ülvü Kazımov, Tərtər hərbi məhkəməsi İlqar Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış etdilər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən prokurorluq orqanının xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
“Yeni Tərtər”
10Okt
-XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Yeni ismarıclar