Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının akt zalında davam etdirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı.
Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi prokuroru Hümbət Məmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ülvü Kazımov, Tərtər hərbi məhkəməsi İlqar Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış etdilər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən prokurorluq orqanının xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
“Yeni Tərtər”