27Dek
GÜC BİRLİKDƏDİR
20 ildir ki, Ukraynanın Xarkov şəhərində “Aynur-Xatun” adlı qadınlar cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin sədri İsmayıllı rayonunun Basqal kəndindən olan Kifayət Cəfərovadır. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qarşısında Kifayət xanımla əlaqə saxlayıb, cəmiyyətin fəaliyyəti barədə qəzetimizə məlumat verməsini xahiş etdik. O dedi:
–Harada yaşamağımızdan asılı olmayaraq, hər birimizin bir Vətəni var – Azərbaycan. Dilimiz, dinimiz və adət-ənənələrimiz də dəyişməzdir. Lakin bütün bunları qəriblikdə yaşatmaq, qorumaq, ən başlıcası isə, gənc nəslə aşılamaq o qədər də asan deyil. Ona görə 20 il əvvəl mən qərara aldım ki, yaşadığımız Xarkov şəhərində azərbaycanlı qadınları bir araya gətirərək, bu istiqamətdə işlər aparaq. Yəni cəmiyyətimizin əsas məqsədi övladlarımızı milli ruhda böyütmək, onlara öz ana dilimizi öyrətməkdir. Eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, qadınlarımızın sosial problemlərinin həllinə kömək edir, Ukraynada xalqımızın qədim mədəniyyətini, adət-ənənələrimizi təbliğ edirik.”Bazar günü” məktəbi yaratmışıq. Övladları ilə bərabər valideynlər də bu məktəbin məşğələlərində həvəslə iştirak edirlər. Daha ətraflı »
Teqlər: Digər
27Dek
Murad Allahverdiyev, Avropa çempionu:
–2018-ci ildə Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində irlandiyalı Patrik Myersi 5:0 hesabı ilə məğlub edib fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.
Bu döyüşədək isə türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova və rusiyalı Andrey Voyvodinə qalib gəlmişdim.
Bu ili idman karyeramda ən unudulmaz bir tarix kimi daim xatırlayacağam. Daha ətraflı »
Teqlər: Digər
27Dek
AİLƏMİZİN MİNNƏTDARLIĞINI BİLDİRİRƏM
İllər bir-birini əvəz edir. Xalqımızın yaddaşına zəfər tarixi kimi yazılan Aprel hadisələri də bizdən uzaqlaşır. Amma həmin günlərdə böyük qəhrəmanlıq və şücaət göstərmiş oğullarımızın adları unudulmur. Bunu ötən il şəhərimizin yaraşıqlı küçələrindən birinə övladımız Nicat İsgəndərovun adının verilməsi də göstərdi. Burada Nicatın barelyefi qoyulub, küçə başdan-başa abadlaşıb.
Açıılış mərasimində rayon rəhbərinin, ictimaiyyət nümayəndələrinin şəhidlər haqqında, o cümlədən Nicat barədə dedikləri sözlər qəlbimizə məlhəm oldu.
Rayonumuzda bu istiqamətdə görülən işlər Prezidentimiz, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğının bariz nümunəsidir. Bu qayğı və diqqətə görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə ailəmizin minnətdarlığını bildirirəm.
Maya İSGƏNDƏROVA,
şəhid anası
Teqlər: Digər
27Dek
İnsanların məişəti yaxşılaşdıqca, əhval-ruhiyyələri də yüksəlir. Bu baxımdan bizim Rəcəbli kəndinin sakinləri ötən ili sevinclə yola salır, Yeni ili xoş niyyətlərlə qarşılaylırlar.
Kəndimiz rayonumuzda qazlaşdırılan son yaşayış məntəqəsi oldu. Bununla da möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər rayonunun qazlaşdırılmasının 100 faiz təmin edilməsi barədə tapşırığı yerinə yetirildi.
Bu bayramqabağı günlərdə ailə üzvlərimizin, nəvələrimin xoş qayğılarını görəndə, ürəyim fərəhlə döyünür. Sevinirəm ki, onların həyatı rahatdır, məişət problemləri həll olunub.
Təkcə bizim ailədə deyil, indi Rəcəblidə, həmçinin qonşu kəndlərin hər birində insanların qışın soyuğundan qorxusu yoxdur. İşıqlarımız da fasiləsiz yanır.
Belə bir şəraiti bizə yaratdıqlarına görə Prezidentimizə, dövlətimizə və tapşırılan işləri məsuliyyətlə icra edən bütün insanlara cansağlığı arzulayıram. Evləriniz həmişə isti və işıqlı, süfrələriniz ruzi-bərəkətli olsun!
Sadıq TAĞIYEV,
Rəcəbli kəndinin sakini
Teqlər: Sosial
27Dek
Bayram günlərində bizə Bakıdan qonaqlar gələcək. Yadımdadır ki, bundan əvvəlki illərdə qonaqların gəlişinə bir qədər narahat olurduq. Çünki yaşadığımız binanın görkəmi o qədər də ürəkaçan deyildi, küçəmiz də ki, palçıqlı. İndi bütün bunlar keçmişdə qaldı. 2018-ci ildə binamızın dam örtüyü dəyişdirildi, fasad hissəsi rəngləndi. Həmçinin küçəmiz elə abadlaşdı ki, indi şəhər küçələrindən də rahatdır. Eləcə də burada tərtərlilərin fəxri olan, igid döyüşçü Ədalət Paşayevin büstü qoyulub. Gecə işıqlanması var. Qonaqlarımızın yanında üzümüz ağ olacaq.
Həyatımızdakı bu gözəl dəyişikliklərə görə dövlətimizin başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Çinarə NAĞIYEVA,
Ədalət PAŞAYEV küçəsinin sakini
Teqlər: Digər
27Dek
Yeni il yaxınlaşır. Hərbçilərimiz bu bayramı alnıacıq, üzüağ qarşılayırlar. Torpaqlarımızın keşiyində sayı dayanaraq, üzərimizə düşən vəzifələri şərəflə yerinə yetiririk.
Sakinlər də bizi yaddan çıxarmırlar, gərgin xidmətdən sonra hərbi hissəyə qayıdan əsgərlərimizlə maraqlı görüşlər təşkil olunur, “Açıq qapı” günləri keçirilir.
Qeyd edim ki, hərbi hissədə nümunəvi şərait yaradılıb. Odur ki, gənc əsgərlərin valideynləri narahat olmasınlar. Biz xidmətimizi də yüksək səviyyədə yerinə yetirəcək, bayramı da lazımınca qeyd edəcəyik.
Yeni ilə hər birimiz böyük arzu ilə qədəm qoyuruq: o gün olsun, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad edək, qalib əsgər adını daşıyaq.
Vüqar ŞIXLİNSKİ,
“N” saylı hərbi hissənin komandiri
Teqlər: Digər
27Dek
Qoç
2019, həm maddi baxımdan, həm də karyera baxımından qoçlar üçün gözəl bir il olacaq. Xaricə səyahət gözlənilir.
Buğa
2019 buğa bürcü üçün dəyişiklik ili olacaq. Maddi məsələlərə diqqət etməsi lazımdır, çünki bu dəyişiklikdə pula ehtiyacı olacaq.
Əkizlər
Əkizlər üçün 2019 -cu il münasibətlərini növbəti mərhələyə aparacaqları bir il ola bilər, eyni zamanda maddi mənada qazanclar əldə edəcəklər.
Xərçəng
Səhiyyə və iş məsələlərində çox gözəl bir il keçirəcək olan xərçənglər eyni zamanda fərqli bir dost mühitinə də girə bilərlər.
Şir
Karyera məsələsində dəyişikliklər və nailiyyətlər gözlənilir. Şirlərin eşq həyatı 2019-ci ildə hərəkətli keçəcək.
Qız
Qız bürcü üçün 2019 təhsillə bağlı irəliləyişlərin yaşanacağı bir il ola bilər. Eyni zamanda ailə arasında yaşanan bəzi problemlər varsa, bunların həll edilməsi üçün lazım olan addımlar atılacaq. Daha ətraflı »
Teqlər: Digər
27Dek
Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. Amma Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.
Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.
Teqlər: Digər
20Dek
Bu günlərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçib.
Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə dair müzakirələr aparılıb. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub.
Bildirilib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Daha ətraflı »
Teqlər: Digər
20Dek
Tərtərlilər böyük hüznlə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Əvvəlcə iştirakıçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış oldular.
“Dəyirmi masa” arxasında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış etdi. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar dahinin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar