Bu günlərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçib.
Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə dair müzakirələr aparılıb. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub.
Bildirilib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.
ATƏT-in Minsck qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyirlər. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.
Bu məsələ daim diqqətdə saxlanılır.
-
20Dek
Müəllif: Redaktor, 13:12
Teqlər: Digər