Bayram günlərində bizə Bakıdan qonaqlar gələcək. Yadımdadır ki, bundan əvvəlki illərdə qonaqların gəlişinə bir qədər narahat olurduq. Çünki yaşadığımız binanın görkəmi o qədər də ürəkaçan deyildi, küçəmiz də ki, palçıqlı. İndi bütün bunlar keçmişdə qaldı. 2018-ci ildə binamızın dam örtüyü dəyişdirildi, fasad hissəsi rəngləndi. Həmçinin küçəmiz elə abadlaşdı ki, indi şəhər küçələrindən də rahatdır. Eləcə də burada tərtərlilərin fəxri olan, igid döyüşçü Ədalət Paşayevin büstü qoyulub. Gecə işıqlanması var. Qonaqlarımızın yanında üzümüz ağ olacaq.
Həyatımızdakı bu gözəl dəyişikliklərə görə dövlətimizin başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Çinarə NAĞIYEVA,
Ədalət PAŞAYEV küçəsinin sakini