Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Noy
    Digər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır

    AXC-nin VARİSİ

    Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikasının paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv.km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz res-publikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Xəbərlər TƏHSİL NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib.
    Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Tərtər RİH-də ƏLƏSGƏRLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi vəziyyəti, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Məhəmməd Şirinov, Şahin Əsədov, Svetlana Məmmədova və Sədaqət Şirinova müxtəlif məsələlər barədə müraciətlər etdilər. Bunlarla bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.ğ
    Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad etdilər. Sonra bayram yığıncağı Gənclər Mərkəzində davam etdirildi.
    Mərasimi giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən, əhalinin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olduğundan, müharibə şəraitində yaşamağın bütün çətinliklərinə baxmayaraq, qəhrəman tərtərlilərin son illərdə, eləcə də cari ilin doqquz ayı ərzində bitkiçilik və heyvandarlıq məhsulları istehsalı üzrə yüksək nəticələr əldə edərək, respublikada ön cərgədə olduqlarından danışdı. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Xəbərlər UŞAQ HÜQUQLARI AYLIĞI üçün şərhlər bağlıdır

    Rayonumuzdakı Heydər Əliyev Mərkəzində 20 oktyabrdan 20 noyabradək keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbin, 2 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, “Təmas Regional İnkişaf” İctimai Birliyinin fəalları iştirak etdilər. Tədbirdə uşaq hüquqlarının təbliği , qorunması, müdafiəsi önə çəkildi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin “ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” ideyası ölkəmizdə dövlət uşaq siyasətinə yeni forma və məzmun qazandırıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08Noy
    Sosial Redaksiyaya məktub üçün şərhlər bağlıdır

    QAYĞIYA GÖRƏ MİNNƏTDARIQ

    Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
    Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır.
    Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
    Mən öz adımdan, bu 5 binada yaşayan bütün sakinlər adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.

    Billurə ƏBİLOVA,
    Vüqar HƏSƏNOV küçəsindəki 5 nömrəli binanın sakini

    Teqlər:

  • 08Noy
    Digər AZƏRBAYCAN ƏDLİYYƏSİ–100 üçün şərhlər bağlıdır

    İNSAN HÜQUQLARININ  TƏMİNATI ƏSAS MƏQSƏDDİR

    Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
    Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AĞRILI  DƏRDİMİZ QARABAĞ üçün şərhlər bağlıdır

    Qarabağ toponomik termini türk mənşəli sözdür. “Qara”, “böyük”, “sıx”, “qalın” mənalarında işlədilir. “Qarabağ” termini mənbələrdə ilk dəfə VII yüzillikdə xatırlanır. XIV əsrin sonu XV əsrin əvvəllərində “Aran” termini ilə yanaşı işlənmiş Qarabağ, inzibati ərazi baxımından Azərbaycanın mərkəzi sahələrini, coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid inzibati ərazidən ibarət olmuşdur.
    Rzaqulu bəy Cavanşirin məşhur “Qarabağnamə” əsərində Qarabağın ərazisi belə təsvir edilmişdir. “Qədim tarixlərdə yazıldığı kimi Qarabağ vilayəti Araz çayının Xudafərin körpüsündən Qazaxla Dəmirçihəsənli arasında sərhəd olan və Rusiya dövləti tərəfindən “Krasnıy körpü” adlandırılan “Sınıq körpü”yə qədər olan əraziləri əhatə edir. Sonradan baş vermiş iğtişaşlarla əlaqədar İran, Rum, Türküstan padşahları bu vilayətləri ələ keçirib sərhədləri dəyişmiş və qalalar tikdirib onlara ayrı-ayrı adlar vermişlər”. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İŞGÜZAR İNSANLARIN YAŞADIĞI MƏKAN: HACIQƏRVƏND üçün şərhlər bağlıdır

    KƏNDİN “VİZİT KARTI”

    Hər kəndin özünəməxsusluğu var. Xüsusən də yaşayış məntəqəsinin girəcəyi sanki həmin yerin “vizit kartı” hesab olunur. İlk təəssürat da elə buradan başlayır.
    Magistral yoldan Hacıqərvənd kəndinə dönəndə insanın qəlbi də, gözü də sevinir. Yolun hər iki tərəfində yerləşən və ildən-ilə bir az da boy atan həmişəyaşıl ağaclar bura xüsusi gözəllik verir. Son vaxtlar tikilən “Ehsan bulağı” da tərtibatı ilə diqqəti cəlb edir. Yolun lap əvvəlində isə hər iki tərəfdən gül əkiləcək.
    Bu gözəllikləri yaradanlardan biri– kənd sakini Mehman Mehdiyevlə də elə burada görüşdük. O bildirdi ki, həyatda doğma yurddan, el-obadan əziz heç nə yoxdur. Onu abadlaşdırmaq, daha yaraşıqlı etmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu istək ürəkdən gəlməlidir. Mehman da kəndin adi sakinlərindən biri kimi həm özü bu iş üçün çalışır, həm də başqalarını həvəsləndirir. O deyir ki, Hacıqərvənd kəndində doğulub boya-başa çatan, hazırda respublikamızın digər şəhərlərində yaşayan yüzlərlə insan var. Əgər onların hər biri kəndə gəlişləri zamanı burada bir ağac əkcə, kəndimiz daha da gözəlləşər.

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı ŞƏHİD ATASININ SON ARZUSU üçün şərhlər bağlıdır

    Kəndin mərkəzində Qarabağ müharibəsi şəhidlərinin şərəfinə abidə ucaldılıb. Bu qəhrəmanlar kəndin qüruruna çevriliblər. Bu barədə bizə şəhid atası Yusif Babayev danışdı. O dedi:
    –Oğlum Raqub 1974-cü ildə doğulmuşdu. Bütün həmyaşıdları kimi vaxtı çatanda orduya çağırıldı. Raqub 6 ay Ağdərə istiqamətində döyüşdü. Döyüş dostları danışırlar ki, o, qorxmaz, igid bir əsgər kimi vuruşurdu. 1994-cü il yanvarın 14-ü Çıldıran əməliyyatı zamanı qəhrəman kimi həlak oldu.
    Şəhid atası Azərbaycan Ordusunun bugünkü gücündən, qüdrətindən ürəkdolusu danışdı. Dedi ki, bütün xalqımız kimi şəhid ailələri də Prezident İlham Əliyevin apardığı siyasəti bəyənir və dəstəkləyirlər. Daha ətraflı »

    Teqlər: