Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl
    Digər TƏRTƏRİN TARİXİNDƏN üçün şərhlər bağlıdır

    Tərtər rayonu Qarabağ düzündə, Kür-Araz ovalığının qərb hissəsində, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
    Arxeoloqlar tərəfindən aparılmış qazıntılar sübut etmişdir ki, Tərtərdə ilk insan məskənləri hələ daş dövründə yaranmışdır. Evoğlu, Mamırlı, Qaynaq, Köçərli kəndləri yaxınlığında torpaq qəbirlər, “Toxmaq” adlı yerdə daş qutu qəbirlər aşkar edilmişdir.
    Borsunlu kəndinin yaxınlığında paleolit dövrünün düşərgəsinin varlığını sübut edən artefaktlar tapılmışdır.
    Tərtər rayonunda çoxsaylı tunc dövrü abidələri mövcuddur: Toxmaxtəpə və Azadqaraqoyunlu yaşayış yerləri, Dəmirçilər və Sarov nekropolu, hər birində onlarla kurqanlar olan Borsunlu, Bəyimsarov, Xoruzlu, Yedditəpə, Hüsənli kurqan sahələri, Böyük-təpə, Çaqqallıtəpə, Qurd təpəsi, Sayadtəpə tək kurqanları. Bu abidələr sırasında ən məşhurları Borsunlu və Bəyimsarov kurqanlarıdır. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Digər “Azərbaycan Xalq Cümhuriyyəti İli” üçün şərhlər bağlıdır

    MÜSTƏQİL DÖVLƏTİMİZ YENİ-YENİ UĞURLAR QAZANIR

    Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqilliyidir. Müstəqilliyi qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Gürcüstan və Türkmənçay müqavilələrindən sonra müstəqil dövlətçiliyini itirən xalqımız yüz ildən artıq müstəmləkə şəraitində yaşadı. Mədəniyyətimiz, dilimiz, dinimiz sıxışdırıldı. Torpaqlarımız parçalandı. Xalqımıza qarşı soyqırımlar təşkil edildi. Bütün bu baxımlardan ölkəmizə müstəqillik lazım idi. Müstəqillik xalq üçün sərvətdir, dəyərdi, həm də bir xalqın varlığının, təhlükəsizliyinin qorunmasının təminatıdır. 1918-ci il mayın 28-də xalqımız müstəqil dövlətçiliyini bərpa etdi, Tiflisdə “İstiqlal Bəyannaməsi” Milli Şura tərəfindən qəbul edildi. Bu Bəyannamədə Azərbaycanın istiqlalı, azadlığı bəyan edildi. Bu azadlıq Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Hökümətimizin başçısı görkəmli siyasi xadim Fətəli Xan Xoyski olmuşdur. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti adlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-islam dünyasında ilk demokratik respublika idi. AXC 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batumda “Sülh və dostluq” müqaviləsi imzaladı. Müqavilənin bağlanması ilə Osmanlı imperiyası AXC-ni tanıyan ilk dövlət oldu. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Kənd təsərrüfatı TƏRTƏR RAYONUNDA 2018-ci İLİN MƏHSULU ÜÇÜN KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ ƏKİNLƏRİNİN QƏTİ UÇOTUNUN YEKUNLARI BARƏDƏ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2017-ci il 25 oktyabr tarixli, 9/2 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2018-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2018-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26 min 108,5 hektar olmuş və keçən illə müqayisədə 74,6 hektar və yaxud 0,3 faiz artmışdır.
    Rayon üzrə əkin sahəsinin 11 min 725,9 hektarını və yaxud 44,9 faizini dənli və dənli paxlalı bitkilərin, 5603,9 hektarını və yaxud 21,5 faizini texniki bitkilərin, 1514,6 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7264,1 hektarını və yaxud 27,8 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7545,6 hektarı (64,3%) buğda, 4010,7 hektarı (34,2%) arpa, 107 hektarı dən üçün qarğıdalı, 5 hektarı darı, 31,7 hektarı noxud, 7,9 hektarı lobya, 18 hektarı soya əkinlərindən ibarətdir. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    “Bala Kirpi” səhər-səhər cibinə 50 manat pul qoyub, şəhərə çıxdı ki, ev üçün bir az alış-veriş eləsin.
    Bazar günü olduğundan hər tərəfdə tünlük vardı–alan kim, satan kim. Küçələrdə maşınlar adamları saymırdı, adamlar da maşınları. Elə bil hamı harasa tələsirdi. İşıqforların qırmızısına, sarısına, yaşılına heç kim əhəmiyyət vermirdi. Bazarda iynə atsaydın yerə düşməzdi–adamlar o yana, maşınların əlindən bazarın ətrafında, illahım da girişində tərpənmək olmurdu, hələ bazarın içini demirəm. Mağazalarda da qələbəlik idi. Hər yerdə şıdırğı alver gedirdi. Aldadan kim, aldanan kim. Pah atonnan!!!
    “Bala Kirpi” öz-özünə fikirləşdi: “Bu nizam-intizamsızlıq, hərci-mərcilik barədə “Yeni Tərtər” qəzetində çox yazıb-pozmuşuq, karikaturalar və fotoşəkillər vermişik ki, bəlkə mövcud bərbad vəziyyət bir az düzələ, lakin heç kim vecinə almayıb. Hətta bazardakı acınacaqlı vəziyyət haqqında qəzetdə verilən tənqidi materialı oranın müdiriyyətinə də göndərmişik ki, tədbir görsünlər. Cavab yazıblar ki, hər şeyi düzəltdik. Uzağı 2-3 gün çəkdi, sonra yenə “köhnə hamam, köhnə tas”, “həmin su, həmin dibək”. Pah atonnan!!! Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Digər İNANILMAZ GÜC SAHİBİ üçün şərhlər bağlıdır

    Pəhləvan Səxavət Məmmədov ümumrayon tədbirlərində müxtəlif maraqlı çıxışlar göstərir. Çiyninə götürdüyü 186 kiloqramlıq cöngə ilə 3 maşın dartması, 240 kiloqramlıq öküzü 5 pilləkən yuxarı qaldırması, üstünə taxta qoyub maşın keçirməsi, sinəsində kubik daşı sındırması və onlarca digər başqa tamaşalar bu qəbildəndir. Onun nümayişlərinə tamaşaçılar çox maraqla baxır, gurultulu alqışlarla qarşılayır, yaxşı mənada həsəd aparır, “Allah qorusun” deyirlər. Hamı fəxr edir ki, qəhrəman Tərtərin belə pəhləvan oğlanları var.
    Səxavət Rafiq oğlu Məmmədov 1982-ci ildə Tərtər rayonunun Ağkənd kəndində anadan olub. Orta məktəbi qonşu Cəmilli kəndində bitirib. 1999-cu ildə hərbi xidmətə çağırılıb. 2001-ci ildə xidməti borcunu yerinə yetirib.
    Səxavətdən onda bu peşəyə marağın necə yarandığını soruşduq. Dedi:
    –7-ci sinifdə oxuyanda evdə ağır əşyaları götürmək lazım olanda həmişə məni çağırardılar. Belə-belə sonralar özümdə qeyri-adi bir gücün olduğunu hiss etməyə başladım. Elə o ərəfələrdə kəndimizə Xaçmaz rayonunun Xaspoladlı kəndindən Xəlilullah adlı bir pəhləvan gəlmişdi. O, ağır daşlar qaldırır, maraqlı nömrələr göstərirdi. Mən qeyri-ixtiyarı meydana çıxıb dedim: Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Təhsil MÜƏLLİM-İKİNCİ VALİDEYN üçün şərhlər bağlıdır

    Bir cəmiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.
    Mən bütün müəllimlərimi çox istəyirəm. Ən çox sevdiyim fənn isə tarixdir.
    Tarix dərsini bizə Elçin müəllim öyrədir. Tarixi bilmək bizim borcumuzdur. Hər ölkənin keçmişi onun tarixidir.
    Mən fəxr eləyirəm ki, Elçin müəllim kimi bir müəllim mənə tarix dərsi deyir.
    Onun üçün hər zaman öndə olan vətəndir. Elçin müəllim dərsi o qədər gözəl izah edir ki, sanki o hadisələrin içindəsən. Mənim və sinif yoldaşlarımın hər birinin ona böyük hörmətimiz var.
    Hər bir insan vətəni sevməli, tarixini bilməlidir. Çünki tarix keçmişlə gələcək arasında bir bağdır.

    Mirzə BAXŞALIYEV,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi

    DƏRS ƏLAÇISI VƏ FƏAL İCTİMAİYYƏTÇİ

    Amin Qasımov 3 saylı şəhər orta məktəbin beşinci sinif şagirdir. Yaşının az olmasına baxmayaraq, artıq rayonda çoxları bu istdadlı oğlanı yaxşı tanıyır. Ona görə ki, fəaldır, ictimai işlərdə yaxından iştirak edir, həm də dərslərini yaxşı oxuyur.
    Amin həm məktəbdə, həm də rayon miqyasında keçirilən müxtəlif tədbirlərdə maraqlı çıxışları ilə diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə və 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimlərdə iştirakına görə Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əvvəl isə oxuduğu məktəbin di-rektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 11İyl

    ATA

    Ədəbiyyat ATA üçün şərhlər bağlıdır

    Mənim hər dərdimə şərik olursan,
    Ömrümə xoş arzu, diləksən, ata!
    Çox şükür, nə yaxşı yanımda varsan!
    Sən mənə arxasan, dirəksən, ata.

    İstəsən, canımı sənə verərəm,
    Daim gözlərində qayğı görərəm.
    Yanımda olmasan mən nə edərəm?
    Sən mənə hər zaman köməksən, ata!

    Məni candan sevən qardaşım olsa,
    Nə qədər yoldaşım, sirdaşım olsa,
    Lap qocalsam belə, yüz yaşım olsa,
    Yenə də sən mənə gərəksən, ata.

    Zərifə ƏSGƏRZADƏ,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin üçüncü sinif şagirdi

     

    Teqlər: