Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    MÜSTƏQİL DÖVLƏTİMİZ YENİ-YENİ UĞURLAR QAZANIR

    Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqilliyidir. Müstəqilliyi qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Gürcüstan və Türkmənçay müqavilələrindən sonra müstəqil dövlətçiliyini itirən xalqımız yüz ildən artıq müstəmləkə şəraitində yaşadı. Mədəniyyətimiz, dilimiz, dinimiz sıxışdırıldı. Torpaqlarımız parçalandı. Xalqımıza qarşı soyqırımlar təşkil edildi. Bütün bu baxımlardan ölkəmizə müstəqillik lazım idi. Müstəqillik xalq üçün sərvətdir, dəyərdi, həm də bir xalqın varlığının, təhlükəsizliyinin qorunmasının təminatıdır. 1918-ci il mayın 28-də xalqımız müstəqil dövlətçiliyini bərpa etdi, Tiflisdə “İstiqlal Bəyannaməsi” Milli Şura tərəfindən qəbul edildi. Bu Bəyannamədə Azərbaycanın istiqlalı, azadlığı bəyan edildi. Bu azadlıq Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Hökümətimizin başçısı görkəmli siyasi xadim Fətəli Xan Xoyski olmuşdur. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti adlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-islam dünyasında ilk demokratik respublika idi. AXC 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batumda “Sülh və dostluq” müqaviləsi imzaladı. Müqavilənin bağlanması ilə Osmanlı imperiyası AXC-ni tanıyan ilk dövlət oldu. Cümhuriyyət dövründə Şimali Azərbaycanın dəqiq müəyyən olunmuş ərazisi 97,3 min kv km idi. Gürcüstan və Ermənistanla mübahisəli sayılan torpaqlara iddia qaldırılmışdır. Həmin torpaqlarla birgə ümumi ərazimiz 114 min kv kmlə çatırdı. AXC parlamenti respublika idi. Azərbaycan parlamenti 1918-ci il dekabrın 7-də işə başlamışdı. Parlamentin sədri görkəmli dövlət xadimi Ə.Topçubaşov olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən erməni siyasətçilərinin əsassız ərazi iddiaları ilə üzləşmişdi. 1920-ci ilin martında Ermənistan AXC-ni de-virmək üçün Sovet Rusiyası ilə gizli razılığa gəldi. Ermənilər Qarabağda qiyam təşkil edirdilər, Azərbaycanın sərhəd boyu bölgələrinə qoşun yeridirdilər. Azərbaycanın Milli Ordusu hər yerdə erməni hərbi qüvvələrini darma-dağın etdi. Rus hərbçiləri Bakını işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 23 ay yaşayan AXC çox böyük işlər gör-dü. Xalqımız Sovet Rusiyası tərəfindən 70 illik əsarətdə saxlanıldıqdan sonra yenidən 1991-ci ildə müstəqilliyinə qovuşdu. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyət ili élan olunmuşdur. 100 illik yubiley təntənəli şəkildə qeyd edildi. Hazırda müstəqil Azərbaycan dövləti inkişaf edir, yeni-yeni uğurlara imza atır. Biz fəxr edirik ki, bu cür hüquqi və demokratik dövlətdə yaşayırıq.

    Familə ABBASOVA,
    Azadqaraqoyunlu kənd
    tam orta məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 10:23

    Teqlər:

İsmarıclar bağlıdır.