Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov
    görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənovun, sakinlərdən Rəşid Məmmədovun, Ziyəddin Qasımovun və digərlərinin də müraciətləri dinlənilib.
    Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Teqlər:

  • 18May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşdür. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər 28 MAY-RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır

    28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Həmin gün–1918-ci il mayın 28-də–“Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yaranmış ilk Xalq Demokratik Respublikası idi. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli–göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Sosial 2018-ci İLİN YANVAR-MART AYLARINDA TƏRTƏR RAYONUNDA SƏNAYE, TİKİNTİ VƏ NƏQLİYYAT SAHƏLƏRİ ÜZRƏ GÖSTƏRİCİLƏR üçün şərhlər bağlıdır

    Sənaye
    2018-si ilin yanvar-mart aylarında sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1 milyon 450,2 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 10 faizini təşkil etmişdir.
    2018-si ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2017-ci ilin birinci rübü ilə müqayisədə 6,3 faiz azalaraq 1 milyon 724,2 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 1 milyon 674,8 min manatı və ya 97,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsində, 49,4 min manatı və ya 2,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində olmuşdur.
    Tikinti
    2018-ci ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 706,1 min manat yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyon 522,7 min manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər Tarix-Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Muzeyin işçisi Aybəniz Şahbazi ümummilli liderin həyatına həsr olunmuş məruzə söyləyib. Rayon ziyalılarından Kifayət Kərimova, Zülfiyyə Əliyeva, Səbuhi Kərimov, Samirə Səfərova, Könül Niftəliyeva tədbirdə çıxış ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər İŞƏGÖTÜRƏNLƏRİN MƏLUMATLANDIRILMASI üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatın nümayəndələri, rayon icra hakimiyyəti aparatının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin və medianın nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açıb və müzakirə edilən mövzu barədə iştirakçılara məlumat verib.
    Sonra mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov “İşsizlikdən sığorta haqqında” Qanunun maddələri, əsas anlayışları, işsizlikdən sığortanın prinsipləri, hüquq və vəzifələri, sığorta haqqının hesablanması barədə danışıb. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər ŞUŞANIN İŞĞALI GÜNÜ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tarix-diyarşünaslıq muzeyində “Şuşasız şuşalılar” adlı tədbir keçirilib. Tədbirdə yeni qəsəbədə yerləşən məktəbin müəllim və şagird kollektivi, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq məruzə edib.
    Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qarabağ savaşının döyüşçüsü Əkbər Mirzəzadə, muzeyin işçisi Aybəniz Şahbazi, Umudlu folklor evinin direktoru Könül Niftalıyeva çıxış ediblər.
    Sonda iştirakçılar muzeyi ziyarət edib və xatirə şəkli çəkdiriblər.

    Teqlər:

  • 18May
    Digər 2018-ci İL “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ”dir üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ YOLUN DAVAMI

    1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi. Mayın 30-da isə Fətəlixan Xosyki radio vasitəsi ilə Azərbaycanın müstəqilliyini bütün dünyaya çatdırdı. Azərbaycana ilk qucaq açan Türkiyə dövləti oldu. Çox çətin bir şəraitdə yaranan AXC hökuməti qısa müddətdə Gəncəyə köçürüldü. Bakını Stepan Şaumyanın quldur dəstəsindən azad etmək üçün Osmanlı dövləti Nuri Paşanın başçılığı altında “İslam” ordusunu köməyə göndərdi. Stepan Şaumyan əvvəlcə mart qırğınlarını törətməklə “Müsavat”ın sosial bazasını sarsıtmaq istədi. Lakin əksinə, onların nüfuzu daha da artdı. Bunu görən Şaumyan daha bir fitnəyə əl atdı. Yeni yaranmış AXC-ni Gəncədə elə beşiyindəcə boğmaq üçün “ Göyçay əməliyyatı”na başladı. Arzusu gözündə qalan Şaumyan geri çəkildi. “İslam” ordusunun köməyi ilə AXC sentyabrın 15-də Bakını Şaumyanın quldur dəstələrindən azad edib, hökuməti Bakıya köçürdü və bütün Azərbaycanı əhatə edən hakimiyyətlərini bərqərar etdi.
    Qısa müddət yaşayan AXC milli ordumuzu, bayrağımızı, Azərbaycanın ilk universitetini və milli valyutasını yaratdı. Dövlət dilini türk dili elan etdi. O cümlədən müstəqilliyimizi tanımayan şimal qonşumuz Rusiyaya da dostluq əlini uzatdı və əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər RAMAZAN AYININ HİKMƏTİ üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    Mübarək Ramazan ayı başlayıb.“Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc tutmaq vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Təqvalı olasınız. (Bəqərə” surəsi, ayə 183).
    Təqva sözünün mənası, yəni, Allahdan qorxan, Allahdan həya edən, hətta gizlində də olsa belə günahlardan çəkinən deməkdir. Müqəddəs Kitabımızda təqva ilə bağlı bir çox ayələr vardır. Məsələn; “Nisa” surəsi, 131-ci ayədə buyrulur: “Biz sizə və sizdən qabaqkılara vəsiyyət etmişik ki, təqvalı olun”. Dünyanın və axirətin xeyri də bu mətləbin altında cəmləşib.
    “Qurani-Kərim” təqvanı əhəmiyyətli sayır: “Və əgər səbr etsəniz və Allahdan qorxsanız, həqiqətən, bu məqsədə müvafiq işlərdəndir”. (“Ali-imran”, 186).
    İkinci–Təqva qorunmaqdır: “Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Ali-imran, 120). Daha ətraflı »

    Teqlər:

  • 18May
    Sosial SOSİAL SAHƏYƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır

    Azərbaycan ikinçi dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə ölkədə hökm sürən özbaşınalıq, anarxiya mühiti, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi sosial sahənin tamamilə unudulmasına gətirib çıxarmışdır. Belə ki, maaşlar, pensiyalar çox aşağı səviyyədəydi, infrastruktur bərbad hala salınmışdı, təhsil, mədəniyyət sahələrində durğunluq vardı. Əlbəttə ki, sosial sahə ilə iqtisadiyyatın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. O ölkələrdə ki, iqtisadiyyat zəifdir, sosial məsələlərin həllindən də danışmaq olmaz.
    Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, ölkəmizi dünyada tanıtdıran Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, iqtisadi və sosial inkişafın yollarını müəyyən etmiş, bu sahələrdə tarixi sərəncamlar imzalamışdır. Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər beləliklə MDB məkanında ilk dəfə olaraq, kənddə yeni bazar münasibətinə qədəm qoydular. Bu islahatların vacibliyini qeyd edən Ümummilli Lider deyirdi: “Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər… İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.” Daha ətraflı »

    Teqlər: