Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Noy
    Kənd təsərrüfatı Rayonumuzun həyatından üçün şərhlər bağlıdır

    pomidor-dlya-volosimagesSon illərdə respublikamızda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində kənd təsərrüfatı, o cümlədən tərəvəz məhsullarının istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olub.
    Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə təkrar əkinlərə görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 50 manat məbləğində subsidiyanın verilməsi tərəvəzçiliyin inkişaf etdirilməsində stimul yaradıb. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər GÖZƏLLİK VƏ SAĞLAMLIQ ÜÇÜN üçün şərhlər bağlıdır

    Изображение 687Son illər rayonumuzda quruculuq, abadlıq, yaşıllaşdırma işləri mütəmadi şəkildə davam etdirilir. Elə bu səbəbdən də Tərtərimizin siması daim dəyişir, gözəlləşir.
    Bunu həm yerli sakinlər, həm də rayonumuza gələn qonaqlar səmimiyyətlə dilə gətirirlər.
    Ölkə Prezidenti İlham Əliyevin Tərtər haqqında söylədiyi fikirlər insanda böyük ruh yüksəkliyi yaradır: “Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir. Rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar”.
    Bəli, Tərtəri gözəlləşdirən burada inşa olunan yeni binalarla yanaşı həm də salınan yaşıllıqlardır.
    Tərtər Komunnal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanov və yaşıllaşdırma sahəsinin rəisi Raiz Səmədov bildirdilər ki, son illər rayonumuzda yaşıllaşdırma işlərini mütəmadi olaraq etdiririk. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Sosial YAŞAYIŞ BİNALARININ DAM ÖRTÜKLƏRİ DƏYİŞDİRİLİR üçün şərhlər bağlıdır

    DSC_5917Mənfur ermənilərlə 48 kilometr təmas xəttində yerləşən Tərtərimiz günü-gündən qurulur, dəyişir, öz gözəl görkəmi ilə göz oxşayır. Buna yaşadığımız çoxmənzilli yaşayış binalarının təmirini və dam örtüyünün dəyişdirilməsini misal göstərmək olar.
    Binaların bir çoxunun dam örtükləri köhnəlib, sıradan çıxmışdı. Yağan yağışlar evin içinə tökülürdü. Ölkə Prezidentinin göstərişinə əsasən rayon mərkəzindəki 50-yə yaxın çoxmənzilli yaşayış binalarının dam örtükləri tamam dəyişdirilməyə başlanmışdır. Damlar müasir mansard üslubunda vurulur, binaların fasad hissələri rənglənir. Bu işlər rayondakı Mehdi Hüseynzadə, Nəriman Nərimanov, Ədalət Paşayev, Elman Hüseynov, Nizami və Vüqar Həsənov küçələrindəki binalarda görülür. Bizim Mehdi Hüseyn küçəsində yaşadığımız bina da təmir olunur.
    Əvvəllər payız gələndə yağışlardan ciddi narahatçılıq keçirərdik. Amma indi bütün bu narahatçılıqlarımız arxada qalıb.
    Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürümüzü bildiririk.

    Zərnişan TANRIVERDİYEVA,
    şəhər sakini

    Teqlər:

  • 10Noy
    Digər LÜTFİ ZADƏ üçün şərhlər bağlıdır

    Lotfi_Zadeh_Berkeley_cAzərbaycanlı alim, suni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O, bu ali təhsil muəssisəsinin ömürlük professoru secilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.
    Lutfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.
    Lutfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köcüb. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932- ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara gorə Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər Ahıllarımız üçün şərhlər bağlıdır

    XOŞBƏXT AİLƏ

    DSC_5515–Bu gün sizi Bəyimsarov kəndinin ən sayılıb seçilən ahıllarından biri ilə tanış edəcəyəm.
    Şərifov Xıdır Rza oğlu. 1934-cü ildə Qərbi Azərbaycanda–Göyçə mahalının Bala Məzrə kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra o zamankı Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirib. Aqronom ixtisası alıb. Göyçə mahalında sovxoz direktoru, partiya təşkilat katibi, baş aqronom və digər məsul vəzifələrdə işləyib.
    Həyat yoldaşı Kəhriz Şərifova ilə 1954-ildə ailə həyatı qurublar. Özü də Kəhriz xanımla əmiqızı əmioğludurlar. 6 uşaqları olub. 4 qız, 2 oğlan. Onların 5-i ali təhsillidi, hamısı da ailə həyatı qurub.
    Bu ahıl cütlük erməni-lərin növbəti təxribatları nəticəsində­–1988-ci ildə Göyçədən Tərtərin Bəyimsarov kəndinə gəliblər. Kəhriz xala öz evdarlıq işləri ilə məşğul olub, həyat yoldaşı Xıdır isə yenə burada aqronom, sədr müavini vəzifələrində işləyib, ta torpaq islahatı keçirilənədək. 83-85 yaşlı bu ahıl baba-nənənin 18 nəvəsi, 12 nəticəsi var. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər İstirahət vaxtlarında üçün şərhlər bağlıdır

    QƏZETÇİLƏR DƏ GÜLÜRLƏR

    (Olmuş əhvalatlar)

    Dadlı yemək

    Depositphotos_59799265_m-2015“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif redaksiyanın əməkdaşları ilə birlikdə uzun sürən rayon tədbirindən günorta saat 3-də çıxıb işə gəlirlər.
    –Baş redaktor kompüterçi Tamara Səfərovaya deyir ki, yaman acmışam.
    Tamara gedir və bir azdan bir əlində üstünə yumurta vurulmuş qızardılmış kartof boşqabı, o biri əlində iki turşu xiyar və çörək gəlir. Bunları baş redaktorun qarşısına qoyub, deyir ki, ye.
    Tofiq Yusif ac olduğundan bunları “bəh-bəhlə yeyir.
    Bir azdan işçilərin yanında Tamaranı tərifləyir:
    –Çox sağ olsun Tamaranı! İndiyədək belə iştahla bu dadda yemək yeməmişdim.
    Bu sözləri eşidən əməkdaşlar qımışmağa başlayırlar…
    Tamara özü bu qımışmaya aydınlıq gətirir: Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər Tarixi günlər üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN RESPUBLİKASININ  KONSTİTUSİYA GÜNÜ

    constitution_01_1Azərbaycan Respublikasının əsas qanununun–Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
    Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
    Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. Daha ətraflı »

    Teqlər:

  • 10Noy
    Digər MİLLİ DİRÇƏLİŞ GÜNÜ üçün şərhlər bağlıdır

    1988_Meydan1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.
    Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı. İnsanların Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.
    Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.
    Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
    1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

    Teqlər:

  • 10Noy
    Digər BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI 72-ci İLDÖNÜMÜNÜ QEYD EDİR üçün şərhlər bağlıdır

    bmtbayraq.png.53edd133efcf366cfdd4c232634e0187Bu il Birləşmiş Millətlər Təşkilatı özünün 72-cı ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında Qanun qüvvəyə minib.
    Təşkilata “Birləşmiş Millətlər” adı Amerika prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1 yanvar 1942-ci il deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə 24 oktyabr tarixi BMT günü kimi qeyd edilir.
    Azərbaycanla BMT arasında əməkdaşlıq ölkəmiz öz müstəqilliyini bərpa etdikdən dərhal sonra yaranıb, 2 mart 1992-ci il tarixdə BMT-nin üzvlüyünə qəbul edildikdən sonra həmin il mayın 6-da Azərbaycanın BMT-nin nəzdində Daimi Nümayəndəliyi açılıb.

    Teqlər:

  • 10Noy
    Digər ÜMUMDÜNYA İNFORMASİYA GÜNÜ üçün şərhlər bağlıdır

    telecom_cti_globeHər il noyabrın 26-da dünyada Ümumdünya İnformasiya Günü qeyd edilir.
    BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib.
    Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informa-siyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
    I Beynəlxalq İnformasiyalaşdırma Forumunda dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.

    Teqlər: