Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Noy

    XOŞBƏXT AİLƏ

    DSC_5515–Bu gün sizi Bəyimsarov kəndinin ən sayılıb seçilən ahıllarından biri ilə tanış edəcəyəm.
    Şərifov Xıdır Rza oğlu. 1934-cü ildə Qərbi Azərbaycanda–Göyçə mahalının Bala Məzrə kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra o zamankı Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirib. Aqronom ixtisası alıb. Göyçə mahalında sovxoz direktoru, partiya təşkilat katibi, baş aqronom və digər məsul vəzifələrdə işləyib.
    Həyat yoldaşı Kəhriz Şərifova ilə 1954-ildə ailə həyatı qurublar. Özü də Kəhriz xanımla əmiqızı əmioğludurlar. 6 uşaqları olub. 4 qız, 2 oğlan. Onların 5-i ali təhsillidi, hamısı da ailə həyatı qurub.
    Bu ahıl cütlük erməni-lərin növbəti təxribatları nəticəsində­–1988-ci ildə Göyçədən Tərtərin Bəyimsarov kəndinə gəliblər. Kəhriz xala öz evdarlıq işləri ilə məşğul olub, həyat yoldaşı Xıdır isə yenə burada aqronom, sədr müavini vəzifələrində işləyib, ta torpaq islahatı keçirilənədək. 83-85 yaşlı bu ahıl baba-nənənin 18 nəvəsi, 12 nəticəsi var. Hər ikisi xoşbəxtdi, şəkildə gördüyünüz kimi. 18 nəvənin 10-nu ali təhsil alıb. Bu təhsil ənənəsi davam etdirilir.
    Xıdır müəllim və Kəhriz nənə ilə tanışlığımızdan çox məmnun qaldıq. Hər ikisi: “Həyatınızdan razısınızmı?” –sualına nikbin cavab verdi. Xıdır müəllim dedi ki, şükür olsun Allaha, hər şey yaxşıdı. Arzum budur ki, Ermənistan–Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 12:27

    Teqlər:

İsmarıclar bağlıdır.