Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Noy

    pomidor-dlya-volosimagesSon illərdə respublikamızda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində kənd təsərrüfatı, o cümlədən tərəvəz məhsullarının istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olub.
    Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə təkrar əkinlərə görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 50 manat məbləğində subsidiyanın verilməsi tərəvəzçiliyin inkişaf etdirilməsində stimul yaradıb.
    Respublikamızın digər bölgələri kimi, rayonumuzda da tərəvəzçiliyin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülüb və bunun nəticəsidir ki, cari ildə tərəvəzçilik sahəsində məhsuldarlıq xeyli artıb. Belə ki, cari ildə 1075,8 1024px-Starr_070730-7852_Brassica_oleracea_var._capitatahektar sahədə tərəvəz bitkiləri əkilib ki, bu da keçən ildəkindən 157,5 hektar çoxdur. Məhsuldarlıq isə 130 sentner olub. Bu, ötən ildəkindən 2,1 sentner artıqdır. Hazırda məhsul yığımı davam edir. Bu işdə Köçərli, Evoğlu, İsmayılbəyli, İrəvanlı və digər təsərrüfatların fermerləri fərqlənirlər.
    Bu nailiyyətlərlə yanaşı son illərdə rayonumuzda tərəvəzçiliyin inkişafı üçün istixanaların yaradılması məhsul bolluğuna və yeni iş yerlərinin açılmasına səbəb olub. Hazırda rayonda 28 istixana mövcuddur ki, bunların da ümumi sahəsi 2,5 hektar təşkil edir. Bu istixanalar Tərtər şəhərində Emin Pənahovda, Buruc kəndində Emin Həsənovda və Elmira Musayevada, Təzəkənd kəndində Adil Musayevdə, Sarıcalı kəndində Anar Məmmədovda və başqa fermerlərdədir. İstixanalarda ilin bütün fəsillərində tərəvəz məhsulları–xüsusilə də xiyar və pomidor yetişdirilir. Yetişdirilən məhsullar əsasən daxili bazarlarda və mərkəzi şəhərlərdə təşkil edilən yarmarkalarda satılır.
    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı şəhərində yaşayan əhalinin təzətər kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə hər həftənin şənbə, bazar və bayram günlərində Bakı şəhərinin ayrı-ayrı rayonlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Tərtər rayonunun fermerləri öz məhsullarını əsasən Bakı şəhərinin Nəriman Nərimanov və Binəqədi rayonları ərazisində ayrılmış satış-yarmarkalarına çıxararaq satırlar. Təkcə 2017-ci ilin 9 ayı ərzində bu yarmarkalarda rayonumuzun fermerləri 83 ton meyvə-tərəvəz, 46 min göyərti dəstəsi, 11,2 ton ət məhsulları, 8200 ədəd meyvə tingi, 6000 ədəd yumurta satmışlar. Yarmarkadakı məhsul bolluğundan Bakı şəhər əhalisi razılıq edir. Burada qiymətlər bazarlara nisbətən ucuzdur.
    Fermerlər məhsullarını apararkən onlara müvafiq köməkliklər göstərilməsi Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi mənə tapşırılıb.
    Bakı şəhərində təşkil edilən bu yarmarkalara rayonun əsasən Hüsənli, Qaraağacı, Azadqaraqoyunlu kəndlərinin fermerləri daha çox məhsul çıxarırlar.

    Natiq MUSAYEV,
    Tərtər RİHB Aparatında
    baş məsləhətçi

    Müəllif: Redaktor, 12:50

    Teqlər:

İsmarıclar bağlıdır.