Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Sen
    Kənd təsərrüfatı ZƏHMƏT BƏHRƏ VERƏNDƏ üçün şərhlər bağlıdır

    1491454689_1Əkinçiyə yaxşı gəlir gətirən kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Ölkə Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, taxılçılıqla yanaşı həm şəkər çuğunduru, həm də pambıqçılığın inkişafına xüsusi önəm verib. Bu il bizim İsmayılbəyli kəndində şəkər çuğunduru əkib-becərən fermerlərin sayı xeyli çoxalıb.
    Mən özüm ailə üzvlərimlə yanaşı 1 hektar, qonşu fermer Elşad Məmmədov 2,5 hektar, Fəxrəddin Axundov isə 3 hektar sahədə şəkər çuğunduru becərib.
    Artıq bir neçə gündür ki, sahələrdə çuğundur yığımını başa çatdırmışıq. Mən 1 hektardan 60 ton, Elşad 2,5 hektardan 160 ton, Fəxrəddin isə 3 hektar sahədən İmişli şəkər zavoduna 200 ton məhsul təhfil verdik. Onu da qeyd edim ki, zavod bizimlə bağladığı müqaviləyə əsasən, becərmə işlərində olduğu kimi, hazır məhsulun sahədən daşınmasında da bizlərə yaxından köməklik göstərdi. İmişli şəkər zavodunun xüsusi yük maşınları hazır məhsulu sahədən zavoda pulsuz daşıdı.

    İlqar ƏSƏDOV,
    İsmayılbəyli Bələdiyyəsinin sədri, fermer

    Teqlər:

  • 29Sen
    Kənd təsərrüfatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    gunebaxanIndi kəndlinin yaxşı qazanc gətirən mənbələrindən biri də günəbaxandır.
    Bu il Xoruzlu kəndində əməkçilər 405 hektar sahədə günəbaxan becərmişdilər. Bu il orta hesabla hər hektardan 24-25 sentner məhsul götürülüb. Bu da kənddə olan 16 ədəd subartezian quyusunun 13 ədədi ilə günəbaxan sahələri suvarılmasının nəticəsidir.
    Fermerlərdən Qəzənfər Nəcəfov, Kamil Əbdüləzimov, Fazil İsmayılov, Elnur Mehdiyev və Mayıl Aslanov əvvəlki illərdə olduğu kimi bu il də sahələrdən yaxşı məhsul götürdülər.
    Bir də bu bitkinin yaxşı cəhəti odur ki, bazar axtarmaq lazım gəlmir. Kənddəki “Patron” “Rekord” və “Oskar” şirkətlərinə təhvil verib, heç bir maniə ilə rastlaşmadan pulunu alırlar. Bir sözlə, bu məhsulun alıcısı kənarda yox, kənddədi. Elə buna görə də həm bizim Xoruzlu kəndində, həm də qonşu kəndlərdə günəbaxan əkən insanların sayı ilbəil çoxalır. Bu il qonşu Kəbirli kəndinin əməkçiləri 360 hektar sahədə günəbaxan əkmişdilər.

    Fazil Əbdüləzimov,
    Xoruzlu kənd İƏD-i üzrə icra nümayəndəsi

    Teqlər:

  • 29Sen
    Digər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…

    sehid1Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
    Bu yolun xatası var,
    Qanı var, qadası var,
    İgidlər boyun əyməz,
    Düşmənin bəlası var.
    Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kənd təsərrüfatı PAMBIQ YÜKSƏK GƏLİR GƏTİRƏN KƏND TƏSƏRRÜFATI BİTKİSİDİR üçün şərhlər bağlıdır

    DSC_5486Изображение 094444Respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, onlar üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir.
    Tərtər rayonunda 2017-ci ildə 3123 hektar sahədə çiyid səpilib. Rayonda pambıq əkini və tədarükü ilə 2 məntəqə məşğul olur. “Qarabağ Regional” filialının Tərtər məntəqəsi və Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsi.
    “Qarabağ Regional” filialının Tərtər məntəqəsində 2017-ci ilin pambıq mövsümündə 125 nəfər daimi işçi çalışır. Pambıq qəbulunda və emalında isə əlavə olaraq 120 nəfər işçi cəlb olunub. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər REPLİKALAR üçün şərhlər bağlıdır

    (CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)

    03новый-1“İşsizliyin qarşısını alırıq”
    –Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
    –Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
    –Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
    “Onda universitet olardı ki!…”
    Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
    –Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
    Deyəcəklər:
    –Onda bura universitet olardı ki!… Daha ətraflı »

    Teqlər:

  • 20Sen

    Digər üçün şərhlər bağlıdır

    00000Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Sen
    Təhsil TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    DSC_9798 (Копировать)DSC_9933 (Копировать)Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Surxay Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzəçi bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil MƏKTƏBLƏRDƏ YENİ DƏRS İLİ BAŞLANDI üçün şərhlər bağlıdır

    DSC_5192 121DSC_5249 (Копировать)2017-2018-ci tədris ilində rayonumuzda 1035 uşaq 1-ci sinifə qəbul edilib. Ümumiyyətlə, çalınan ilk zəng 10 min 106 nəfər şagirdi yenidən sinif otaqlarına səslədi. Bunlardan 613-ü onbirincilərdir.
    Cari tədris ilində Tərtərdə 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəbdə 1238 nəfər müəllim işləyəcək.
    Cari tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı–tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.

    Şəhər 5 saylı tam orta məktəbi. Bu il məktəbin məzunlarından 9 nəfəri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Onlardan 2 nəfəri 600-dən yuxarı bal toplamış bacı-qardaş, 2 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır.
    Cari ildə bu təhsil ocağında 350 nəfər şagird təhsil alacaqdır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Tərtər RİH-də QAZYAN KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    DSC_0081 (Копировать)DSC_0043 (Копировать)(5)Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Qazyan kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Çərkəz Həsənov, Qazyan kənd ümumi orta məktəbin direktoru Yaşar Behbudov çıxış edərək kənd camaatına göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Tərtər RİH-də ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLAN GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_9501 (Копировать)DSC_9507 (Копировать)Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etdi, gənclərə uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər: