Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    DSC_0081 (Копировать)DSC_0043 (Копировать)(5)Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Qazyan kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Çərkəz Həsənov, Qazyan kənd ümumi orta məktəbin direktoru Yaşar Behbudov çıxış edərək kənd camaatına göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Sakinlərdən İlya Əliyev, Əbdüləli Nəcəfov, Faiq Quliyev həyətyanı sahələrin suvarılması üçün subartezian quyusunun qazılması, kəndarası yolların təmir olunması və digər məsələlərlə bağlı müraciət etdilər. Qaldırılan məsələlərin həlli barədə əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar görüş-qəbullardan razı qaldıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:15

    Teqlər:

İsmarıclar bağlıdır.