Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    ƏSL İŞ ADAMI

    Mirzə Cümşüdov əslən Laçın rayonunun Minkənd kəndindəndir. Məcburi köçkün düşəndən sonra Bakı şəhərində məskunlaşmışdı. Amma kənddən, təbiət qoynundan ötrü darıxırdı. Ona görə də Tərtər rayonunun İsmayılbəyli kəndinə gəldl, burada torpaq aldı, əkin-biçinlə məşğul olmağa başladı.
    Bu il o, 17 hektarda taxıl, 10 hektarda arpa, 11 hektarda pambıq, 5 hektarda şəkər çuğunduru, 5 hektarda qarğıdalı, 3 hektarda soya və 1 hektarda qarabaşaq əkdi. Taxıl və arpa sahələrində biçin başa çatıb. Buğdanın hər hektarında 51 sentner, arpanın isə hər hektarında 35 sentner məhsul alınıb.
    Pambıq, qarğıdalı və şəkər çuğunduru sahələrində son becərmə işləri gedir. Bol məhsul gözlənilir.
    Mirzə Çümşüdov çalışır ki, torpağı ilboyu əkib-becərsin. Taxıl və arpa sahələrinin məhsulunu yığıb qurtaran kimi yerində təkrar əkin aparıb, 6 hektar qarğıdalı əkib. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Kənd təsərrüfatı TORPAĞA BAĞLILIQ üçün şərhlər bağlıdır

    Sərdar Muradov bu il 2 hektarda taxıl, 6 hektarda arpa, 16 hektarda şəkər cuğunduru əkib-becərib. O, taxıl sahəsinin hər hektarından 38 sentner və arpa sahəsindən isə 40 sentner məhsul götürdü. Bu fermerin 30 hektaradək torpağı var. Şəkər çuğunduru sahələrində də becərmə, suvarma işləri vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığından, bol məhsul hasilə gəlir. Bu məhsulun bazarı var. Əvvəlcədən İmişli şəkər zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələndə həmin zavoda təhvil verib pulunu alırlar.
    Ərazimizin digər torpaq mülkiyyətçilərindən Pənah Məmmədov, Elman Binnətov, Eldəniz Abdullayev, Amil Quliyev, Emil Mahmudov və Vilayət Qasımov həm də xurma və fındıq bağlarını genişləndirirlər.
    Bir sözlə, ilin yay fəslində torpaqla təmasda olan kəndlinin işi başdan aşır. Bax, elə bizim Cəmilli və Balakəngərli kəndlərində yaşayan insanlar kimi.

    Mənaf Məmmədov, Cəmilli kənd İƏD üzrə icra nümayəndəsi

    Teqlər:

  • 18Avq
    Təhsil Tələbə adını qazananlar üçün şərhlər bağlıdır

    RAYONUMUZUN FƏXRİ

    01“Atam məni hüquqsünas kimi görmək istəyir. Bunu nəzərə alaraq III qrup üzrə imtahanlara ciddi hazırlaşdım”. Bu sözləri Cəmilli kənd tam orta məktəbinin məzunu Cümşüd Qurbanov redaksiyamızda olarkən söylədi.
    Builki qəbul imtahanları zamanı Cümşüdün qazandığı uğur hamını sevindirib. O, 659 bal toplayaraq Tərtər rayonunun abituriyentləri arasında birinci olub.
    Cümşüd onun bu uğurunda zəhməti olan orta məktəb müəllimlərinə, rayonumuzda fəaliyyət göstərən “Kainat” kursunda Nigar, Mehman, Röya, Hümbət müəllimlərə, valideynlərinə dərin minnətdarlığını bildirir.
    Ali məktəbə daxil olanlar böyük və məsuliyyətli bir yola qədəm qoyurlar. Müstəqil Azərbaycanın gəncləri kimi tələbə adını qazanmış hər kəsə, o cümlədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi adını qazanan Cümşüd Qurbanova bu yolda daim inamla, qətiyyətlə addımlamağı arzulayırıq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Təhsil QOŞA SEVİNC üçün şərhlər bağlıdır

    DSC_4484Изображение 097Fərid və Fəridə Arazzadələr şəhər 5 saylı tam orta məktəbin məzunlarıdır. Bir ailənin sevinc payı olan bu bacı-qardaş ali məktəblərə qəbul üçün keçirilən test imtahanlarından yüksək nəticə əldə ediblər. Fəridə 636, Fərid isə 630 bal toplayıb.
    Bir il fərq ilə eyni ayda, eyni gündə dünyaya gələn bu uşaqlar məktəbə, “Kainat” hazırlıq kursuna qoşa gedib-gəlib və valideyinlərilə bərabər doğma məktəblərinə, onları tanıyanlara ikiqat fərəh hissi yaşadıblar.
    Cəbhə bölgəsi olan Tərtərin fəxrinə çevrilən gənc tələbələr əldə etdikləri yüksək nəticələrlə bir daha sübut etdilər ki, mənfur düşmən tərtərlilərin əzmini heç zaman qıra bilməyib və bilməyəcək də. II qrup üzrə imtahan verən bu uşaqlar ali məktəbi də əla qiymətlərlə bitirərək, Vətənə layiqincə xidmət etmək arzusundadırlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Digər “Yeni Tərtər”in 12 yaşı tamam olur üçün şərhlər bağlıdır

    QƏZETİN İLK REDAKTORU İLƏ MÜSAHİBƏ

    DSC_4464DSC_4474–Tofiq müəllim, mən mətbuata təxminən sizinlə eyni vaxtda, yəni ötən əsrin 60-cı illərinin sonunda gəlmişəm. Yaxşı xatırlayıram, mən korrektor, siz isə yerli radio verilişlərinin təşkilatçı müxbiri işləyirdiniz. O dövrdə, bir rayonun radio verilişlərinin məktəb partası arxasından yenicə ayrılmış gəncə tapşırılması böyük məsuliyyət idi. Bu, necə mümkün olmuşdur?
    –Bəli, razıyam ki, bu verilişlərin hazırlanması məsuliyyət tələb edirdi. Lakin o biri məsələlərə gəldikdə isə, təcrübəm olmasa da, bu sahəyə kifayət qədər marağım vardı. Orta məktəbi medalla bitirmişdim. Azərbaycan ədəbiyyatını gözəl bilirdim. Üstəlik özüm də yaradıcılıqla məşğul olurdum. Yəni şeir, hekayə yazırdım. Odur ki, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində həm müsahibədən müvəffəqiyyətlə keçdim, həm də verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdim. Ona görə də həmin vəzifədə işləmək üçün əmrim verildi, o zaman 17 yaşım vardı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər YAXŞI TANIYIN, GÖRÜN BİZ KİMİK? üçün şərhlər bağlıdır

    Baş redaktor Tofiq Yusif.“Yeni Tərtəri” öz övladı qədər sevir.Həm də “Yeni Tərtər”lə Tofiq Yusifi ən etibarlı dostlar hesab etmək olar. Qəzetin yaşaması üçün bəzən istəmədiyi adamlardan belə xahiş edir. Dizaynını heç kəsə etibar etmir.Əsəbi adamdır. Lakin bu, anidir, ötərgidir. Əslində hər bir əməkdaşı ürəkdən sevir, onlara böyük hörmət və qayğı bəsləyir. Vay o günə ki, kimsə kənar bir şəxs qəzetin hər hansı işçisi haqqında xoşagəlməz söz desin, onda bütün varlığıyla “üsyan”a qalxır.Hər bir işçinin dərdi-səriynən ayrıca maraqlanır, imkanı daxilində köməklik göstərir.İlk baxışdan sərt görünsə də, çox kövrək, həssas və səmimi bir şair ürəyi var.

    Qələminə isə söz ola bilməz. Satirik yazıları dipçəkdə bitən bibər kimi zəhər-zəqqum, publisist yazıları isə maraqlı və oxunaqlıdır… Bunlara görə də qələmi ona böyük hörmət qazandırıb. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər YALANÇILIQ üçün şərhlər bağlıdır

    (Satirik qələmlə)

    20138161115“Yalançı Allahın düşmənidir”, “Yalan, Allah yanında ən böyük günahlardan-dır”, “Yalançının evi yandı, heç kim inanmadı”, “Yalançı dəyirmandan başı unlu gəldi, inanmadılar”, “Yalançının vicdanı olmaz”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanla qurulan ev tez dağılar”, “Yalançını mənzilinə qədər qovarlar”…
                                                               * * *
    Yalan haqqında bu hikmətli sözlər zamanın sınaqlarından keçib gələrək bu günümüzə çatıb və hər birində böyük bir ibrətamizlik var. Amma… İndiki zamanda kimdir ki, belə ağıllı kəlamlara əhəmiyyət verən?! Yalan olmasın, hamı yalan danışır. Ər arvadını aldadır, arvad ərini, qardaş bacını aldadır, bacı qardaşı, valideynlər övladlarını, övladlar valideynlərini, ailədə hamı bir-birinə yalan danışır. Cəmiyyətdə bir çox hallarda məmur vətəndaşa yalan danışır, vətəndaş məmura. Beləliklə aldatma vərdişləri get-gedə kütləvi hal almağa başlayıb. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    YAY MÖVSÜMÜNÜN GÖZ XƏSTƏLİKLƏRİ

    1477199708_481887İnsan orqanizmində orqan və toxumaların xəstəlikləri arasında, göz xəstəlikləri və xəsarəti də çoxluq təşkil edir. Bütün xəstəliklər kimi göz xəstəliklərində də mövsümi fəallıq müşahidə edilir.
    Yaz, yay fəsillərində aşağıda adları çəkilən xəstəliklər–göz allergiyası, konyunktvit (göz iltihabı), gözlərin qızarması (bletarit,) göz quruluğu, gənə xəstəliyi (demodekoz) daha çox təsadüf edilir.
    Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Yayın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq göstərir. Bu xəstəlik gözün ağ hissəsinin və qapağının qızarması ilə meydana çıxır. Qızarma, sulanma, yanma hissiyatı, göz qapağının şişməsi, işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Məişət tozları, gül-çiçəklərdə gedən tozlanma prosesi, ev heyvanları ilə kontaktda olmaq göz allerigiyasının yaranmasına səbəb ola bilər. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il ötür üçün şərhlər bağlıdır

    QARABAĞA BÖYÜK QAYIDIŞ BU İL CƏBRAYILIN COCUQ MƏRCANLI KƏNDİNDƏN BAŞLADI

    49054783b7459bba1fc47d4266f917a97e63bb99Avqustun 23-ündə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı iki rayonunun–Cəbrayıl və Füzulinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. İşğalın 24-cü ili Azərbaycan tarixinə həm də Böyük Qayıdışın başlanğıcı kimi düşdü. Məhz bu il–2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində böyük tikinti işlərinə başlanıldı və müasir tipli qəsəbə tikildi. Uzun illər doğma yerlərinə həsrət qalan ailələr bir-birinin ardınca kəndə qayıtmağa başladılar. Bu qayıdış hər kəsin qəlbində ümid çırağını daha da alovlandırdı. Çünki bu işğala, erməni özbaşınalığına artıq son qoyulmalıdır. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat Poeziya güşəsi üçün şərhlər bağlıdır

    BİLMƏDİM

    Həyat çəkdi oda, közə,
    Girdim, yan dura bilmədim.
    Bəxtim qondu əlyetməzə,
    Neynim, endirə bilmədim.

    Qına, eşqim, qına məni,
    Qına dönə-dönə məni.
    Çıraq oldun, bir şöləni
    Çıxıb, yandıra bilmədim.

    Dönüb istəyə, mehirə,
    Çıxdın ürəkdən zahirə,
    Düşdün tilsimə, sehirə,
    Qırıb, sındıra bilmədim. Daha ətraflı »

    Teqlər: