ƏSL İŞ ADAMI
Mirzə Cümşüdov əslən Laçın rayonunun Minkənd kəndindəndir. Məcburi köçkün düşəndən sonra Bakı şəhərində məskunlaşmışdı. Amma kənddən, təbiət qoynundan ötrü darıxırdı. Ona görə də Tərtər rayonunun İsmayılbəyli kəndinə gəldl, burada torpaq aldı, əkin-biçinlə məşğul olmağa başladı.
Bu il o, 17 hektarda taxıl, 10 hektarda arpa, 11 hektarda pambıq, 5 hektarda şəkər çuğunduru, 5 hektarda qarğıdalı, 3 hektarda soya və 1 hektarda qarabaşaq əkdi. Taxıl və arpa sahələrində biçin başa çatıb. Buğdanın hər hektarında 51 sentner, arpanın isə hər hektarında 35 sentner məhsul alınıb.
Pambıq, qarğıdalı və şəkər çuğunduru sahələrində son becərmə işləri gedir. Bol məhsul gözlənilir.
Mirzə Çümşüdov çalışır ki, torpağı ilboyu əkib-becərsin. Taxıl və arpa sahələrinin məhsulunu yığıb qurtaran kimi yerində təkrar əkin aparıb, 6 hektar qarğıdalı əkib.
Bu əməksevər insan bunlarla yanaşı 2 qutu da ipəkqurdu toxumu bəsləyib, 113 kiloqram barama götürüb. Növbəti illərdə bu sahəni inkişaf etdirmək məqsədilə aldığı torpaq sahəsində Çindən gətirilmiş 1500 ədəd çəkil tingi əkib.
Fermer deyir ki, baramaçılıq kəndliyə daha çox gəlir gətirir. Özü də əziyyəti cəmi 40 gün çəkir.
Kənd camaatı hər yerdə bu məcburi köçkünün işgüzarlığından danışır.
Elməddin Şəfiyev, İsmayılbəyli kənd İƏD üzrə icra nümayəndəsinin müavini