İSTEDADIN SEHRİNDƏ
Baxııb sinəsindən axan al qana,
Buludlar kişnədi, göy qan ağladı.
O şənbə gecəsi Vətən başına
Elə vətən boyda qara bağladı.
* * *
Bu nə fəryad, bu nə nalə, bu nə dərddir,
Döndüm buza.
Odmu yağır, daşmı yağır, qanmı yağır yurdumuza?
Ölüm çökür torpağıma, üfüqlərin rənginə bax!
Azadlıqla fəlakətin döyüşünə, cənginə bax!
İlahi vergisidirmi bu, söylədiyi şeirlə bərabər gah əriyib göz yaşlarına dönür, gah da bir naləyə çevrilərək ürəyinin səsini zərrə-zərrə beyinlərə, ürəklərə hopdurmaq istəyir. Istedada bax! Adi sözlər kimi qarşılamaq qeyri-mümkündür onun söylədiklərini. Dinləyənin qanını dondurur bu səs. Sanki bir sehrdir. Ona hakim kəsilmədən qulaq asmaq mümkün deyil. Bu qız kimdir? Dinləyəni düşündürür. Təkrar-təkrar eşitmək istəyirsən. Bu səsin möcüzəsindən ayrılmaq olmur. O səsin sahibini tanımaq istəyirsiniz? Daha ətraflı »


Faciə! Bu sözün mənası yəqin ki, hamıya aydındır. Faciə böyük arzuların, xəyalların, gözəl günlərin məhv olması deməkdir. Elə faciələr də var ki, bir ailənin, bir şəhərin deyil, bütövlükdə xalqın dərdidir.
Bu gün sizə əlləri ilə nağıllar aləmi yaradan, öz maraqlı əl işləri ilə insanları düşündürən bacarıqlı bir qızdan söhbət açacağam.
Amansızlığa görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxaq sülhə qarşı törədilmiş ən qəddar və amansız cinayətdir. Xocalı qırğınına qədər Qarabağda baş verən bütün olaylar bu qətliamın məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə qoymur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq.
Yeni ismarıclar