Faciə! Bu sözün mənası yəqin ki, hamıya aydındır. Faciə böyük arzuların, xəyalların, gözəl günlərin məhv olması deməkdir. Elə faciələr də var ki, bir ailənin, bir şəhərin deyil, bütövlükdə xalqın dərdidir.
XX əsrin ən böyük faciəsindən–Xocalı soyqırımından söz açacağam mən. Xalqımızın başına gətirilən bu müsibətdən çox danışılıb, haqqında çox filmlər çəkilib, əsərlər yazılıb, rəsmlərdə öz əksini tapıb. Mən isə kiçik məqaləmdə bu dəhşətli faciə haqqında öz ürək sözlərimi yazacam.
Biz ilk dəfə məktəbə–birinci sinfə qədəm qoyduqda Vətən, ana sözləri ilə yanaşı dostluq, sülh sözlərini də öyrənmişik, bu sözlərin sədası altında böyümüşük. Mühit bizi məhz bu ruhda tərbiyə etmişdir. Sən demə bir ucu gəlimli, son ucu ölümlü olan bu dünyada, qəribə məxluqlar–ermənilər varmış. Sən demə, illərlə dost, qardaş bilib, duz-çörəklə qarşıladığımız bu alçaq millət bizim düşmənimizimiş.
1988-ci ildən öz ata-baba diyarından, yurdlarından həmvətənlərimizi didərgin salan ermənilər öz mundar niyyətlərini yerinə yetirməyə başladılar. Bir-birinin ardınca hiylə qurbanı olan şəhərlərimiz, rayonlarımız işğal olundu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın yaddaşına qanlı hərflərlə yazılan bir faciə–Xocalı qətliamı baş verdi. Həmin gecə neçə-neçə körpənin bağrı yarıldı, analarının gözü qarşısında onlar qəddarcasına qətlə yetirildi. Qocalar, ağbirçəklər oyuncağa çevrildi. Kimdir günahkar?! Kimdir qatil?! Kimdir riyakar?!
Deyərlər, həyat bir pəncərədir, hər gələn baxar gedər. Bu faciəni, bu dəhşəti yaşayan hər bir Vətən övladı erməni qəddarlığını unutmayacaq. Unutmayacağıq Quransız, kəfənsiz ölən şəhidlərimizi. İlahi, sən kömək ol haqqı-nahaqdan seçənlərə, xalqına düz yol göstərənlərə!
Lalə Bayramlı,
şəhər 1 saylı tam orta
məktəbinin VII sinif şagirdi