Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev

    1Amansızlığa görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxaq sülhə qarşı törədilmiş ən qəddar və amansız cinayətdir. Xocalı qırğınına qədər Qarabağda baş verən bütün olaylar bu qətliamın məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə qoymur.
    O qanlı fevral gecəsində 63 uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, səkkiz ailə tamamilə məhv edildi, 1265 nəfər əsir,150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmaq qədər alçaq mənəviyyata və xəstə təfəkkürə malik ermənilər bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən SOYQIRIM aktına imza atdılar…
    Üzündə kinayə, əlində xəncər,
    Erməni dizini qoyaraq yerə,
    Körpə quzu kimi titrəyən qızın,
    Kəsdi boğazını göz görə-görə.
    ***
    Dağlara, daşlara nalə yayıldı,
    Qarabağ çölləri qanla yuyuldu.
    Neçə gunahsızın gözü ovuldu,
    Bədəni doğrandı, başı soyıldu…!
    Xocalı faciəsini bütün dünyaya tanıtmaq hər bir azərbaycanlının borcudur.

    Arzu İbrahimova,
    şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 11:10

    Teqlər:

İsmarıclar bağlıdır.