28Fev
2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərmiz abadlaşıb, gözəlləşib.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Statuskvo qəbuledil-məzdir, dəyişdirilməlidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
27Fev
TƏRTƏR RAYONUNUN UĞURLU İNKİŞAFI TƏMİN OLUNUR
2016-cı ildə Tərtər rayonunun sosi-aliqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül düzüblər.
Sonra tədbir Mədəniyyət mərkəzində davam etdirilib. Rayonumuzun 2016-cı ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Ötən ilin aprel hadisələri zamanı şəhid olanların və bütövlükdə torpaq uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə geniş hesabat məruzəsi söyləyib. (Məruzənin mətni qəzetimizin 15 fevral 2017-ci il tarixli sayında dərc olunub). Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Fev
Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin xilaskarı, Ümummili Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2016-cı ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi prosseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşmışdır ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Fev
Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fon-dunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Fev
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Fev
HESABAT DİNLƏNİLDİ
Rayon Gənclər Mərkəzində keçirilən tədirdə təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev ötən il təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, təhsil şöbəsi yanında metotkabinetin direktoru İntiqam Nuriyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və mövcud nöqsanlardan danışdılar.
Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni tərkibi seçildi. İntiqam Nuriyev təşkilatın sədri, Rahil Şəldiyev sədrin müavini oldular. Təşkilatın qarşıdan gələn IX konfransa 26 nəfər nümayəndə seçildi.
Təhsil ərazi ilk partiya təşkilatının 2017-ci ilə dair iş və tədbirlər planı təsdiqləndi.
YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etdi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb. Cədvəl əsasında rayon mərkəzi xəstəxanasının tibb işçiləri fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlayıblar.
Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 58 min 366 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olub, tibb işçiləri və müayinəyə gələnlərlə görüşüb.
“Yeni Tərtər”
Teqlər: Səhiyyə
27Fev
“Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar təşkilatının hesabat-secki yığıncağı keçirilib. Təşkilatın sədri Kənan Hüseynzadə 2014-cü ilin aprelindən 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində həmkarlar ittifaqı təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Qəzetin baş redaktoru Tofiq Yusif, baş redaktorun müavini Svetlana Bağırova, mühasib Bəxtilə Əliyeva, korrektor Elfuzə Vəliyeva, muxbir Əvəz Nəsirov və xadimə Zümrüd Bayramova çıxış edərək qəzet işçilərinə həmkarlar təşkilatı tərəfindən göstərilən qayğıdan və işdə yol verilən nöqsanlardan bəhs etdilər.
İclasda ilk həmkarlar ittifaqı təşkilatının 3 nəfərdən ibarət yeni tərkibi və həmkarlar ittifaqı rayon komitəsinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
Tədbirdə iştirak edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Fəxrəddin Binnətov ətraflı çıxış edib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
BİRLİYƏ ÇAĞIRIŞ
Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova məruzə ilə çıxış edib O göstərib ki, ölkədə “İslam Həmrəyliyi ili” elan edilməsi bütün dünya üçün önəmli olan birliyə çağırışdır.
Bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər dünyanın diqqətini İslam ölkələrinə qarşı ədalətsiz yanaşmalara yönəldəcək.
Tədbirdə “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə və YAP Tərtər Rayon Təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə yaradılan tolerantlıq mühitindən və bunun dünya ölkələri üçün nümunə olmasından danışıblar
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
DÖVLƏTLƏR ARASINDA “KÖRPÜ”
AZƏRBAYCANLILARIN DİASPOR TƏŞKİLATLARININ FORMALAŞMASI
Planetimizin hansı guşəsində yaşamasından asılı olmayaraq, bu gün Heydər Əliyev dühası hər bir azərbaycanlının həyatına işıq saçır. Vaxt var idi ki, xarici ölkələrdə azərbaycanlılara yalnız işçi qüvvəsi kimi baxırdılar, haradan gəldikləri, hansı xalqı təmsil etdikləri heç kimi maraqlandırmırdı. Çoxları hətta Azərbaycan adlı bir məmləkətin Yer üzündə mövcudluğundan xəbərsiz idi. Vətəndən uzaqda yaşayan azərbaycanlıların özləri də bir-birilə əlaqə saxlamırdılar. Beləliklə də millətindən, ölkəsindən ayrı düşən insanlar getdikcə adət-ənənələrimizi unudur, onların ailələrində böyüyən uşaqlar isə hətta doğma dilimizi belə bilmirdilər.
Bu sahədə əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində yaranmışdır. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilmişdir. İndi bu gün dünya azərbaycanlılarının ən sevimli bayramıdır. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar