Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev

    İSTEDADIN SEHRİNDƏ

    10001Baxııb sinəsindən axan al qana,
    Buludlar kişnədi, göy qan ağladı.
    O şənbə gecəsi Vətən başına
    Elə vətən boyda qara bağladı.
    * * *
    Bu nə fəryad, bu nə nalə, bu nə dərddir,
    Döndüm buza.
    Odmu yağır, daşmı yağır, qanmı yağır yurdumuza?
    Ölüm çökür torpağıma, üfüqlərin rənginə bax!
    Azadlıqla fəlakətin döyüşünə, cənginə bax!
    İlahi vergisidirmi bu, söylədiyi şeirlə bərabər gah əriyib göz yaşlarına dönür, gah da bir naləyə çevrilərək ürəyinin səsini zərrə-zərrə beyinlərə, ürəklərə hopdurmaq istəyir. Istedada bax! Adi sözlər kimi qarşılamaq qeyri-mümkündür onun söylədiklərini. Dinləyənin qanını dondurur bu səs. Sanki bir sehrdir. Ona hakim kəsilmədən qulaq asmaq mümkün deyil. Bu qız kimdir? Dinləyəni düşündürür. Təkrar-təkrar eşitmək istəyirsən. Bu səsin möcüzəsindən ayrılmaq olmur. O səsin sahibini tanımaq istəyirsiniz?
    Nərgiz Abdullayeva. Hacıqərvənd kənd tam orta məktəbinin onuncu sinif şagirdi:
    Qəribədir, sadə görkəmli, çox sakit və mədəni danışıqlı bu qız insanı necə heyran qoyur. Onun söylədiyi hər bir söz muğamımız qədər iliyə işləyir.
    Nərgizin özü və dərsləri ilə maraqlandım. Çalışqan olduğunu, məktəbin nümunəvi şagirdlərindən biri kimi tanındığını öyrəndim. Gələcəkdə həkim olmaq arzusu ilə yaşayır. Ədəbiyyata, xüsusilə poeziyaya marağı var. Bu həvəsi ona hələ beşinci sinifdə oxuyarkən Kəmalə müəllim aşılayıb. Çoxlu sayda şeirlər bilir. Təhsil aldığı məktəbdə və rayonun tədbirlərində öz qiraəti ilə hamının marağına səbəb olur. “20 Yanvar”, “Xocalı”, şəhidlərin anım günlərinə həsr olunmuş tədbirləri Nərgizsiz düşünmək olmur. Söylədiyi hər bir şeiri duyaraq, yaşayaraq dinləyiciyə çatdırır. Bu, bir istedaddır, bacarıqdır.
    Gözəl-göyçək Nərgizim, sənə təhsilində və gələcəyində uğurlar arzulayıram. Allah verdiyi bu istedadı sənə çox görməsin.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:38

    Teqlər:

İsmarıclar bağlıdır.