21Sen
Uzun illərdi ki, oğlum xəstəlikdən əziyyət çəkir. Vaxtaşırı onu Bakıya müayinəyə aparıram. Demək olar ki, ailəmizin büdcəsi həkimlərin yazdıqları reseptlər əsasında aldığımız dərmanlara xərclənir.
Dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılması, bütün apteklərdə eyni qiymətlərlə satılması bizim kimi insanların ürəyindən xəbər verdi. Bu, xəstə övladı olan ana üçün köməkdir, təsəllidir.
Prezidentimizə minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı arzulayıram.
Rəsmiyyə Bağırova,
Azadqaraqoyunlu kəndi
Teqlər: Digər
21Sen
Güləbatlı kənd tam orta məktəbi son illər təhsildə qazandığı uğurlara görə rayonumuzun qabaqcıl təhsil ocaqları sırasında yer alıb. Burada 106 şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər pedaqoq məşğul olur. Bu il birincilərin sayı 10 nəfər olacaq. Daha ətraflı »
Teqlər: Təhsil
21Sen
Elimizdə toy olsun
Toy həm gənclərin, həm də onların valideynlərinin ən ülvi, müqəddəs arzularıdır. Həmin gün gənclərə ancaq xoşbəxtlik diləyir, onların gələcək həyatlarını gözəl və işıqlı görürlər. Amma bu, həmişə istənilən kimi olurmu? Daha ətraflı »
Teqlər: Digər
21Sen
Tərtərli fermerlər rayonumuzun əhalisini kifayət qədər ət məhsulları ilə təmin etməklə yanaşı, həm də respublikamızın paytaxtına, digər regionlara keyfiyyətli ərzaq malları göndərmək məqsədilə əzmlə çalışırlar. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
21Sen
Bu gün kənddə yaşayıb, təsərrüfat işləri ilə məşğul olmamaq mümkün deyil. Çünki dövlətimiz kəndlilərə həm şərait yaradır, yəni torpaq verir, lizinq yolu ilə müxtəlif texnikanın alınmasına kömək edir, həm də subsidiyalarla, güzəştlərlə fermerləri dəstəkləyir. Həmcinin son vaxtlar bütün sahələrdə, xüsusən də heyvandarlıqda daha yüksək göstəricilər qazanmaq üçün kənd-lilərə yol göstərilir, istiqamət verilir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
21Sen
Azadqaraqoyunlu kənd İnzi-bazti Ərazi Dairəsində 63 hektar sahədə pambıq becərilib. Onun 25 hektarını ailə-fermer təsərrüfatının başçısı Natiq Əliyev, 5 hektarı fermer Vahid Paşayev, 6 hektarını Habil Əliyev, 2 hektarını Rasim Quliyev becərib. Qalanı da ayrı-ayrı fermerlərin öhdəsindədir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
21Sen
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin edirmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. Daha ətraflı »
Teqlər: Digər
21Sen
21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT bu günü 1981-ci ildə təsis edib Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”- deyə dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
27 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Teqlər: Xəbərlər
Yeni ismarıclar