Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Sen

    Elimizdə toy olsun

    117450942Toy həm gənclərin, həm də onların valideynlərinin ən ülvi, müqəddəs arzularıdır. Həmin gün gənclərə ancaq xoşbəxtlik diləyir, onların gələcək həyatlarını gözəl və işıqlı görürlər. Amma bu, həmişə istənilən kimi olurmu?
    Statistika göstərir ki, Azərbaycanda 200 minədək uşağın anadangəlmə əlilliyi olur və onların əksəriyyəti 25-30 il yaşaya bilmirlər. Xəstə uşağın doğulması ailə üçün ən böyük zərbədir. Bundan sonra maddi və mənəvi problemlər yaranır və bunlara tab gətirə biləcək insanların sayı çox azdır.
    Məhz bu məqsədlə də ölkəmizdə Ailə Məcəlləsinə dəyişiklik edilib. Yeni qanuna əsasən cari il iyun ayının 1-dən nigaha daxil olan gənclərdən tibbi arayış tələb olunur. Artıq bizim rayonumuzda da bu məsələ həyata keçirilir.Müayinə rayon mərkəzi xəstəxanasında pulsuz aparılır. Nəticələr həkimlər və qeydiyyat şöbəsinin əmək-daşları tərəfindən məxvi saxlanılır.
    Hələlik rayonumuzda bu məsələyə yanaşma birmənalı deyil. Lakin nigaha daxil olanlar bilməlidirlər ki, hökumətimizin bu addımı məhz onların gələcək xoşbəxtliyini qorumaq naminə atılıb. Ailədə bu problemləri yaşayanlar isə yeni qanunu alqışlayırlar. Axı, atalar deyib ki, “ziyanın yarısından qayıtmağın özü də xeyirdir.”
    İnsanlar gələcəkdə onları gözləyən faciələri bilsələr, yəqin ki, bu yoldan çəkinərlər. Nəticədə xəstə uşaqların, bədbəxt valideynlərin sayı azalar.
    Qoy həmişə elimizdə-obamızda toy olsun! Xoşbəxt toylar. Bundan ötrü əvvəlcədən sağlamlığını yoxlatmaqdan heç kim çəkinməməlidir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:42

    Teqlər:

İsmarıclar bağlıdır.