Uzun illərdi ki, oğlum xəstəlikdən əziyyət çəkir. Vaxtaşırı onu Bakıya müayinəyə aparıram. Demək olar ki, ailəmizin büdcəsi həkimlərin yazdıqları reseptlər əsasında aldığımız dərmanlara xərclənir.
Dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılması, bütün apteklərdə eyni qiymətlərlə satılması bizim kimi insanların ürəyindən xəbər verdi. Bu, xəstə övladı olan ana üçün köməkdir, təsəllidir.
Prezidentimizə minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı arzulayıram.
Rəsmiyyə Bağırova,
Azadqaraqoyunlu kəndi