Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Digər Yeniyetmələr tərəfindən törədilmiş cinayətlərin xüsusiyyətləri üçün şərhlər bağlıdır

    Prokurorluq (1083 x 1083) (270 x 270)Yeniyetmələr tərəfindən törədilmiş cinayətlər ümumi cinayətkarlığın bir hissəsi olub özünəməxsus cəhətləri ilə seçilən xüsusi bir kateqoriyanı təşkil edir. Belə ki, yeniyetmələr tərəfindən törədilmiş cinayətlərdə cinayətin subyekti özünün psixoloji və maddi durumuna görə tam formalaşmamış fiziki şəxsdir. Fərdin yetkinlik yaşında həyat təcrübəsi həm müsbət, həm də mənfi cəhətlərin təsiri altında formalaşa bilər ki, bu da son nəticədə onun həyatının müəyyən hissəsində cinayət törətməyə meylini artıra bilər. Psixoloji durumu zəif olan şəxslər artıq həyatlarının ilk pilləsində bu sınaqdan çıxa bilməyərək cinayət törətmiş olurlar. Bir qədər psixoloji durumu həyat çətinliklərinə uyğunlaşmış şəxslərdə isə kriminal addımlara meyl bir qədər zəif olur. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Açılışlar Müasir iş şəraiti üçün şərhlər bağlıdır

    DSC_5372    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası yeni avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Yaradılan şəraitlə tanış olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə bu sistemin elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.

    Teqlər:

  • 20İyn
    Xəbərlər Milli Qurtuluş Günü üçün şərhlər bağlıdır

    Xalqın nicat yolu

    Изображение 010Milli Qurtuluş Gününə həsr olunmuş tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyulması ilə başladı və Ümummilli Liderin adını daşıyan Mərkəzdə “Dəyirmi masa” ətrafında davam etdirildi.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açaraq məruzə etdi. Bildirdi ki, Azərbaycanın qurtuluşunda, anarxiyadan, parçalanmalardan, xaosdan xilas olmasında Ulu Öndərin mi-silsiz əməyi və xidməti olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Açılışlar Yeni yaşayış binası üçün şərhlər bağlıdır

    DSC_5383Tərtər şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi.
    Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətin qurulması kimi çətin və şərəfli missiyanı yerinə yetirməklə yanaşı, əha-linin sosial müdafiəsi sahəsində də misilsiz xidmətlər göstərib. Müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik atomobilləri ilə təminatı daim dövlətin diqqət mərkəzində olub. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Milli-mənəvi dəyərlər Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə işi üçün şərhlər bağlıdır

    DSC_4751Gənclər Mərkəzində “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans ke-çirilib.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər 2014-cü ildə Tərtər rayonunda demoqrafik vəziyyət haqqında üçün şərhlər bağlıdır

    2015-ci ilin əvvəlinə Tərtər rayo-nunun əhalisinin sayı 775 nəfər və ya 0,8 faiz artaraq 101768 nəfər olmuşdur. Bu göstərici ölkə əhalisinin 1,1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun əhalisinin 15,6 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,5 faizi şəhər, 70,5 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,3 faizini kişilər, 50,7 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1024 nəfər qadın düşür. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər 23 il Laçınsız üçün şərhlər bağlıdır

    Gecələr yuxumda o dağları görürəm

    1419317897_1342607887_lacin2Hər kəsin doğulub boya-başa çatdığı məkan özü üçün doğmadır, əzizdir. Amma dağlar diyarı, füsunkar gözəlliyi ilə göz oxşayan Laçının gözəlliyi tamam başqadır.
    1970-ci ildə Laçın rayonunun Budaqdərə kəndində anadan olmuşam. Uşaqlığım, gəncliyim o dağların qoynunda keçib. Ailədə 8 uşaq olmuşuq. 4 oğlan, 4 qız. Əksəriyyətimizin də ali təhsili var. Laçın işğal olunanda mənim 22 yaşım vardı. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər Ailə müqəddəsdir üçün şərhlər bağlıdır

    bextileAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində demişdir: «Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir».

    Bu baxımdan gələcək nəslin tərbiyəsində ailə əvəzsiz rol oynayır. Ana dilinə məhəbbət, vətənə sevgi, zəhmətsevərlik və xalqımızın milli-mənəvi dəyərlərinə aid olan digər xüsusiyyətlər uşaqlara ilk növbədə ana laylası, ata öyüdü ilə keçir. Valideynlərin bir-birinə və övladlarına olan münasibəti də sağlam ailə mühitinin formalaş-masına və cəmiyyətimizin fəal, layiqli vətəndaşlarının tərbiyə olunmasına kömək edir. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər Necə yaşayırsan, şəhid övladı? üçün şərhlər bağlıdır

    İsmayılın həyat devizi

    ismayilŞəhid övladından yazmaq arzusu ilə bir ünvana yollandım. Həm şəhidin özü, həm də övladı haqqında maraqlanırdım. Yol boyu xəyalımda canlandırdığım şəhid olmuş qəhrəmanımızla tanı- dığım hündür boylu, asta yerişli, ciddi görkəmli bir insanı müqayi-sə etməyə başladım. Sonda bu qərara gəldim ki, elə şəhidlərimizin çoxu belə oğullardır. Düşüncələrdən ayrılmamış gedəcəyim ünvana çatdığımı gördüm. Bura Qarabağ müharibəsi zamanı şəhid olmuş Aslan Kərimovun evidir…
    Şəhidin həyat yoldaşı Tamella xanım fikrimi bildikdən sonra maraqlı bir fotoalbom göstərdi və hər bir şəklin tarixçəsi haqqında məlumat verdi. Evin yuxarı başından asılmış şəkil isə canlı xatirəyə bənzəyirdi. Albomdakı şəkillər isə 23 illik bir həsrətdən danışırdı. Burada hər kəs varıydı…
    Diqqətimi çəkən şəkillərdən biri, dörd nəfər gənc oğlanın Azərbaycan bayrağını əllərində açıq tutaraq küçədə çəkdirdikləri şəkil oldu. Tamella xanım izahat verməyə başladı. Bu şəkli 2010-cu ildə İsmayıl universitetdə oxuduğu zaman çəkdirib. Həmin il Moskvada Azərbaycan mədəniyyəti günlərini qrup yoldaşları ilə birgə qeyd edirdilər. Kaş İsmayılın bu xoş günlərindən atasının xəbəri olaydı, çox gözəl arzuları varıydı. Atası şəhid olanda İsmayıl 43 günlük idi. Birinci sinifdə oxuyarkən atasının qeyrətli, təəssübkeş bir insan kimi vətən, torpaq uğrunda şəhid olduğunu bildirdim. İndi atası ilə qürur duyur.
    Şəhid Aslan Kərimov rayonumuzun sayılıb-seçilən hörmətli kişilərindən biri İsmayıl Kərimovun kiçik oğlu idi. O, 1954-cü ildə Ağdaş şəhərində doğulmuşdu. Sonralar İsmayıl müəllimin işi ilə əlaqədar Tərtərə köçmüşdülər. Ömrünün sonunadək burada yaşamışdılar. Moskva Kooperativ İnstitutunun Bakı filialını ali təhsilli mütəxəssis kimi bitirmişdir. Tərtərdə işləyib, fəaliyyət göstərmişdi. Ölkəmizin üzərini qara bu- ludlar alanda könüllü olaraq Milli Ordunun sıralarına qatıldı, özünümüdafiə batalyonlarının təşkilatçılarından biri oldu. Onun döyüş yolu Ağdərə bölgəsinin kəndlərindən keçdi. Döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində öndə gedənlərdən oldu. 1992-ci ilin 13 avqustu onun son döyüş günü kimi tarixə düşdü və ömrünü tamamladı. Yeganə övladı İsmayılla bağlı arzularını həyata keçirməyə macal tapmadı…
    Ulu bir ocağın çırağını yandıran İsmayıl Kərimov soykökünə bağlı bir gəncdir. Babasının, atasının adını doğrultmaq üçün üzərinə düşən məsuliyyəti dərk edir, onlara layiq olmağa çalışır. Gənc İsmayıl 2014-cü ildə Lomonosov adına Moskva Beynəlmiləl Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib. Məqsədi öz ata-baba yurdunda gözəl bir mütəxəssis olmaqdır. Özü bu barədə belə deyir:
    – Hər kəslə söhbətim zamanı adını yaşatdığım babamın və atamın haqqında xoş sözlər söyləyirlər. Bu mənə qürur verir. Mən də çalışıram ki, öz işimlə onların adına layiq övlad olam. Mənim üzərimə böyük məsuliyyət düşüb, başqa cür ola bilməz. Layiqli övlad olmaq mənim həyat devizimdir.
    Bax, bizim şəhidlərin övladları bu cür düşünüb, yaşayırlar. Mərdlik, qəhrəmanlıq qanımızda, ca-nımızdadır. Hər bir şəhid övladımız kimi sənə də uğurlu gələcək arzulayırıq, İsmayıl!

    Elfuzə Vəliyeva

    Teqlər:

  • 12İyn
    Digər QƏHRƏMANLAR ANASI üçün şərhlər bağlıdır

    mahı“Hər müharibədə əzizlərimi itirmişəm”, – deyir Mahı ana. “Gözümü açandan, həyatı dərk edəndən ermənilərin biz azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin şahidi olmuşam”.
    O söyləyir ki, zaman-zaman ermənilərlə müharibədə dayısı, xalaları, əmiləri və digər qohumları şəhid olub. Bu hadisələr ailənin yaddaşına elə hopub ki, kiçikdən tutmuş böyüyə kimi hər kəs inti-qam hissi ilə yaşayıb. Daha ətraflı »

    Teqlər: