Tərtər şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətin qurulması kimi çətin və şərəfli missiyanı yerinə yetirməklə yanaşı, əha-linin sosial müdafiəsi sahəsində də misilsiz xidmətlər göstərib. Müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik atomobilləri ilə təminatı daim dövlətin diqqət mərkəzində olub.
Səlim Müslümov bildirib ki, Ulu Öndərin sosial inkişaf kursu 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev ölkəmizdə və Tərtər rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan, geniş tikinti-quruculuq işlərindən danışıblar. Bildirilib ki, Tər-tərdə indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mən-zilli yaşayış binaları, həmçinin fərdi evlər tiki-lib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Hazırda rayon mərkəzində və kəndlərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin ti-kintisi aparılır.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Milli Qurtuluş Günündə mənzillə təmin olunmalarını həyatlarının ən sevincli hadisələrindən biri olduğunu deyərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
-
20İyn
Müəllif: Redaktor, 09:25
Teqlər: Açılışlar