Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası yeni avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Yaradılan şəraitlə tanış olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə bu sistemin elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.
-
20İyn
Müəllif: Redaktor, 09:35
Teqlər: Açılışlar