15May
Tərtərdə möhtəşəm MƏŞƏL bayramı
Mayın 12-də I Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra Tərtərə gətirildi.
Bərdə istiqamətindəki Tərtərin giriş qapısından başlanan Dövlət Bayrağı Meydanında I Avropa Oyunları məşəlinin təntənəli qarşılanma mərasimi keçirildi.
Buraya toplaşan minlərlə tərtərli yürüş iştirakçılarını böyük sevinc hissi ilə qarşıladı.. Gur alqış sədaları altında məşəl Rasif Abbasova təhvil verildi.
Sonra 10 məşəldar 4 kilometr məsafədə məşəli alov festivalı keçiriləcəyi məkana aparmağa başladılar. Heydər Əliyev prospekti boyu düzülən məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri idmançıları sürəkli alqışlarla qarşılayır, “Yaşasın Azərbaycan!”, “Sevimli Prezidentimizə eşq olsun!” şüarlarını səsləndirirdilər. Daha ətraflı »
Teqlər: İdman
15May
Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Rayon rəhbəri son günlərdə cəbhədə olan vəziyyət barədə nümayəndə heyətinə məlumat vermişdir. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
15May
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu ucqar kəndlərimizdən olan Rəcəblidə ke çirildi.
Qonaqları şəhid anası Simuzər Mehdiyeva salamladı. Təkcə Sarov kənd İnzibati Ərazi Dairəsində deyil, rayonumuzda və eləcə də kəndlərimizdə görülən geniş quruculuq, abadlıq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbər liyinə kənd sakinləri adından dərin minnətdarlıq ifadə etdi. Sonda ağbirçək ana kənddə 1 ədəd subartezian quyusuna ehtiyac olduğunu diqqətə çatdırdı.
Rəcəbli kənd ümumi orta məktəbinin direktoru Mayıl Aslanov, kənd sakinlərindən Yusif Mahmudov, Kamran Hümbətov, Mirzə Hüseynov, Şəfiqə Orucova və Xəlil Aslanov kənddə mövcud olan bəzi problemlərdən söz açdılar, arzu və təkliflərini bildirdilər. Göstərildi ki, kənd feldşer-mama məntəqəsinin binası yararsız vəziyyətdədir, təmirə ciddi ehtiyacı var. Sonra yüksək gərginlikli elektrik xəttlərinin yaşayış evlərinin üstündən keçərək, təhlükə yaratmasından, bəzi evlərdə işığın daimi yanmamasından, baytar texnikləri tərəfindən mal-qaraya vaksinlərin vaxtında vurulmamasından və digər məsələlərdən danışdılar.
Görüşdə əhali tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerində öz həllini tapdı, qalanlarının icrası üçün aidiyyati təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verildi.
Teqlər: Tərtər ŞİH-də
15May
Tərtərlilərin bayram sevinci
9 May-Qələbə Günü münasibətilə keçirilən tədbirdə Böyük Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə önündə keçi-rildi. İştirakçılar abidə önünə gül-çiçək dəstələri qoydular.
Toplantını giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »
Teqlər: Xəbərlər
15May
Mayın 10-da rayonumuzun Mərkəzi Meydanı başdan-başa gül-çiçəklə bəzədilmişdir. Meydana insan axınının ardı-arası kəsilmirdi. Bu böyük el məhəbbətinin şahidi olduqca düşünürsən ki, tarixdə izi olan böyük şəxsiyyətlər insan ömrünün zaman adlı sədlərini dəf edərək əbədiyaşarlıq hüququ qazanırlar.
Rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, qocalar və uşaqlar, bir sözlə, hər bir tərtərli Ulu Öndərin meydandakı əzəmətli abidəsi önündən keçərək, ona ehtiramını bildirirdi. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
01May
Birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini böyük məhəbbətlə yad etmişlər.
Sonra yığıncaq Gənclər Mərkəzində davam etdirilmişdir. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
01May
Bizim yeganə bir vətənimiz var ki, o da torpağında addım-addım gəzdiyimiz, havasını ciyərlərimizə doyunca çəkdiyimiz Azərbaycandır. Bizim millətimiz millətlər içərisində fərqlənən, seçiləndir. Ulu Öndərimiz Heydər Əliyev azərbaycanlı olduğuna görə fəxr etdiyini söyləmişdir. Biz gənclər də fəxr edirik ki, belə bir ölkənin övladlarıyıq. Daha ətraflı »
Teqlər: Digər
01May
Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı yeritdiyi işğalçılıq siyasətindən sonra 1 milyon nəfərə qədər soydaşımız öz yurd-yuvalarından məcburi köçkün və qaçqın düşüb. Son illərdə onların sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll olunması istiqamətində dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilməkdədir. Onların məs-kunlaşdıqları ərazilərdə enerji, su, qaz və digər kommunal xidmətlərlə təmin olunmaları dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Daha ətraflı »
Teqlər: Digər
01May
Bu yazımda həm cəmiyyət, həm də kollektivdə öz yeri olan bir ziyalı haqqında söz açmaq istəyirəm. Söylədiklərim bir həyat kitabının bütün vərəqlərində yazılmışlarını əks etdirməsə də, nə isə demeyə çalışacağam. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
01May
Hansı peşə sahibi olursan ol, kənddə yaşadınsa, təsərrüfat işləri ilə məşğul olmalısan. Mən təqaüdə çıxmış ali təhsilli müəlliməm.
Hazırda qapımızda 40 başdan çox qoyun-quzumuz var. Qoyunçuluğu inkişaf etdirmək məqsədilə hər cür müasir tipli tövlələrimiz də var.
Yaxşı qulluq göstərdiyimizə görə hər il ana qoyunlardan 30-35 baş bala götürürük. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
Yeni ismarıclar